“Zelenskinin açıqlamaları sülhün əldə edilməsinə maneçilik törədir” - Rus politoloqdan EKSKLÜZİV
“Rusiyanın Ukrayna ilə danışıqları xeyli uzun çəkdi. Türkiyədəki son görüş sübut etdi ki, hansısa məsələlər üzrə yaxınlaşma var, ancaq bu, növbəti danışıqlar üçün effektli hesab edilmir”. Bu fikirləri Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru, rusiyalı politoloq Anton Bredixin Bizim.Media-ya eksklüziv açıqlamasında səsləndirib. Onun sözlərinə görə, Rusiya öz mövqeyindən geri çəkilmir: “Bura Ukraynanın demilitarizasiya və denasifikasiyası, rus dilinin ikinci dövlət dili kimi status əldə etməsi, “Donetsk və Luqansk Xalq Respublikaları”nın tanınması, Krımın və Sevastopolun Rusiyanın ərazisi kimi qəbul edilməsi, Ukraynanın heç bir hərbi bloka, xüsusilə NATO-ya daxil olmaması daxildir”. Politoloq rəsmi Kiyev qarşısında qoyulan qadağalara da toxunub: “Gələcəkdə Ukrayna bioloji silahları hazırlamamalı, öz ərazisində nüvə silahı yerləşdirməməlidir. Bütün bu parametrlər gələcəkdə imzalanacaq sülh müqaviləsinin əsasını təşkil etməlidir. Qarşı tərəf (Ukrayna nəzər