“Dost dar gündə tanınır...”

29.10.2020
Bizə qatılın ✅ https://t.me/DifaiAz ✅ https://www.youtube.com/c/Difai ✅ https://www.facebook.com/DifaiAz/ “Nəyi pisdir?!” “Qoy dostlarımız artsın” “Bizə indi o ölkələrin dəstəyi lazımdır” və s. kəlmələrlə irad edənlər bilsinlər ki, bu ölkələrin heç biri bizə dəstək verməyib və vermir. Dəstək Rusiyanın 90-larda ermənilər üçün etdiyidir. Dəstək İranın Bəşər Əsəd üçün etdiyidir. BMT-nin təsdiqlədiyi işğal faktını dilə gətirmək və hər şeyin beynəlxalq qanunlar çərçivəsində icrasını arzu eləməklə o ölkələr bizə dəstək vermiş olmurlar. Çünki BMT tərkibindəki ölkələr BMT nizamnamələrinə uyğun şəkildə davranmağa məcburdurlar. Bugün Rusiyanın sükutu olmasa, bu ölkələrin heç biri dildə belə bizə “dəstək” olmayacaq. * Əziz Azərbaycan xalqı! Bugün İsrail Azərbaycana dəstək olur deyirlər. Əvvəla bu eks nazirin bir müsahibəsindən o tərəfə keçmir rəsmi olaraq. İkincisi isə bu ölkə niyə 90-cı ildə bizə dəstək olmurdu?!... Əksinə Azərbaycanda yaşayan yerli yəhudiləri İsrailə daşımaqla məşğul idi. * Türkiyə barədə Nəcməddin Ərbakanın “Buş Dəmirələ zəng edir, ermənilərə yardım et deyir, o da edir...” müsahibəsi var. Həmin məsələ bugün də təkrarlanır. Hər gün Fransa təyyarələri Türkiyə hava məkanından istifadə etməklə Ermənistana daxil olur. Düşmən dediyimiz İran hava məkanını bağladığı halda, Türkiyə bağlamır və Fransa təyyarələrinin silah daşıdığını Ərdoğan öz çıxışında qeyd edir. Bu da linki (https://youtu.be/RFzYxq1aIIU). Bugün ermənipərəst ölkələrin Ermənistan üçün etdiyi yalnız silah göndərməkdirsə, Türkiyənin bu silahların daşınmasına görə tranzit ölkə kimi istifadə edilməsi bizə dəstəyimidir?!... Yoxsa siz Ərdoğanın İlham Əliyevə “kardeşim” deməsini bizə olan dəstəyi kimi qəbul edirsiniz?!... Ərdoğan dünənə qədər Fətullah Gülənə kardeşim deyirdi, bugün isə Mübariz Mənsimovu “Fətullahçı” damğası ilə həbs edir... Ərdoğan dünənə qədər Bəşər Əsədə qardaşım deyirdi. Bugün isə “Eeey zalim Əsəd” deyir... Bu adam hər an “Eeey zalim İlham” deyə bilər. Bugünə qədər qardaş dediyi hər kəsə xəyanət edən adamdan səmimiyyət gözləmək necə sadəlövhlükdür... * Bugün Pakistan bayrağını maşınlara, binalara, divarlara vuranlara səslənirəm, girin Pakistan rəsmilərinin səhifələrinə baxın, gedin Pakistan küçələrində gəzin, görün bir dənə Azərbaycan barədə nəsə görürsünüzmü?!... Sizi aldadıblar və insanları aldatmaq, onlara aldadıldıqlarını başa salmaqdan daha asandır. Siz bu dəqiqə elə bir haldasınız ki, gözünüz hər şeyi görmək istədiyi kimi görür. Həqiqəti görmək istəmirsiniz... Pakistan bizə 90-larda nə siyasi, nə hərbi, nə maddi dəstək verməyib. * Dost dar gündə tanınır və bugün dost dediyiniz, bayrağını küçələrə vurduğunuz ölkələrin heç biri dar gündə yanımızda olmayıblar. Bugün neftimiz bizə çoxlu “qardaş” verib... ‎أَفَلاَ تَعْقِلُونَ Əfəla tə’qilun?!... Heç düşünmürsünüz?!... Əraf 169

Похожие видео

Показать еще