Şəkidə dost dostu güllələdi HD
Şəkidə dost dostu ehtiyatsızlıqdan güllələyib. Hadisə rayonun Baş Küngüt kəndində baş verib. Kənd sakini 36 yaşlı Pərvin İsmayılov əlində olan ov tüfəngi ilə ehtiyatsız davrandığından həmkəndlisi 30 yaşlı Nurlan Mustafayevi güllələyib. Ağır güllə yarası alan Nurlan Mustafayev elə hadisə yerində keçinib. Hadisənin baş verdiyi ərazi dağlıq-meşəlik ərazidir. Kənd sakinlərinin sözlərinə görə, hadisəni törədən və dünyasını dəyişən şəxslər yaxın dost olublar. Dostunu güllələyən Pərvin həmkəndlisinə zəng edərək hadisə barədə məlumat verib. Mərhum Nurlan Mustafayevin yaxınlarının sözlərinə görə, o, subay olub. Dostunu ehtiyatsızlıqdan öldürən Pərvin isə evlidir, iki övladı var. Onlar uşaqlıqdan yaxın dost olublar. Faktla bağlı Şəki Rayon Prokurorluğu açıqlama yayıb. Açıqlamada bildirilir ki, Şəki rayonu Baş Küngüt kənd sakinləri 1986-cı il təvəllüdlü Pərvin İsmayılov və 1992-ci il təvəllüdlü Nurlan Mustafayevlə yaşadıqları kənddə yerləşən dağlıq-meşəlik ərazidə təklüləli ov tüfəngi ilə ov edən zaman Pərvin İsmayılov ehtiyatsızlıqdan Nurlan Mustafayevi güllələyərək öldürüb. Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq tədbirləri davam etdirilir. https://www.facebook.com/ictimai.tv/ https://www.instagram.com/ictimaitv.official/ https://itv.az/ #İTV #İTVXəbər #ictimaitv #video #televiziya #baku #videolar #itv