Bakının mərkəzində həftədə ən azı bir aksiya! HD
Bakının mərkəzində həftədə ən azı bir aksiya! Növbəti piketlər Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılmaqla bu dövlət orqanlarının qarşısında keçirilsin: Prezident Aparatı (Qarabağa azadlıq!), Milli Məclis (buraxılsın!), Nazirlər Kabineti (korrupsiya son qoyulsun!), Hesablama Palatası (büdcə talançılığına son qoyulsun!), Ali Məhkəmə (siyasi məhbuslara azadlıq!), Baş prokurorluq (Azərbaycan pulyuyan maşını araşdırılsın), Ədliyyə Nazirliyi (işgəncələrə son qoyulsun!), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (uşaq pulu bərpa olunsun!), Vergilər Nazirliyi (gizli iqtisadiyyat leqallaşdırılsın1), İqtisadiyyat Nazirliyi (inhisarçılıq aradan qaldırılsın!), Maliyyə Nazirliyi (maaşlar artırılsın!), Mərkəzi Bank (2016-ci ilədək valyuta ilə götürülmüş bütün kreditləri kompensasiya olunsun!), Təhsil Nazirliyi (fond pulu ləğv edilsin!), Səhiyyə Nazirliyi (icbari tibbi sığorta tətbiq olunsun!), Dövlət Gömrük Komitəsi (sahibkarlardan əl çək!), Dövlət Əmlak Komitəsi (mülkiyyət haqqını ver!), Sosial Müdafiə Fondu (pensiya yaşı qaldırılmasın, təqaüdlər artırılsın), Azərbaycan Dövlət Neft Şirkəti (qaz limiti ləğv edilsin), "Azərenerji" (işıq limitinin ləğv edilsin). ADR hərəkatının sədri Qubad İbadoğlu aksiyalar təklifi ilə "Rakurs"da!