Azərbaycan səsli nağılları - Qazların Duası HD

16.04.2012
Uşaqlarımıza qarşı Iran devləti tərəfindən yapılan farslaşdırma siyasətinə qarşı çıxaq. https://www.facebook.com/Adsiz.Guneyli Qazların duası Biri var idi, biri yox idi. Bir zamanlar, bir çayırlıqda bir sürü sahibsiz qaz var idi. Bu qazlar sahibsiz olduqlarına çox sevinirdilər. Onlar buraya uzaq bir adadan uçub gəlmişdilər. Çayırlıqda otdan, böcəkdən yeyib yaxşıca bəslələnib kökəlmişdilər. Qazlar o qədər tənbəlləşmişdilər ki, uçmağı da unutmuşdular. Günlərin bir günü qazların məskən saldığı çayırlığa bir tülkü gəlib çıxdı. Bu vaxt qazların hamısı yuxudaydılar. Yaxşıca bəslənmiş qaz sürüsünü görən tülkünün ağzı sulandı. Tülkü: «Ah, nə gözəl quşlardır, bunlar uçub getməmiş bircə dənəsini tutub yesəm nə yaxşı olar!»- deyə fikrindən keçirdi. O, yavaş-yavaş sürüyə yaxınlaşmağa çalışdı. Bu vaxt qazlar yuxudan oyandılar, uçmaq üçün qanadlarnı açıb bir az qaçır, amma uça bilmirdilər. Onlarm qanadları ağırlaşmış, bədənlərini yerdən qaldıra bilmirdilər. Tülkü qazların bu halını o saat yaxınlaşmağa çalışdı. Bu vaxt qazlar yuxudan oyandılar, uçmaq üçün qanadlarnı açıb bir az qaçır, amma uça bilmirdilər. Onların qanadları ağırlaşmış, bədənlərini yerdən qaldıra bilmirdilər. Tülkü qazların bu halmı o saat başa düşüb dedi: «Özünüzü boş yerə yormayın. İndi sizi bir- bir yeycəyəm. Bəxtim yaman gətirdi». Tülkünün bu sözlərini eşidən qazlarm sürü başçısı: «Sən bizi yeməkdə haqlısan»,- deyə sözə başladı. «Gördün ki, uça bilmirik. Amma bizi yeməmişdən qabaq icazə ver, bir az allaha dua edək ki, günahlarımızı bağışlasın». Tülkü dedi: -Siz narahat olmayın, mən sizi yeyərkən duanızı da edərəm. Qazlarm sürü başçısı dedi: -Axı mən dünyadan ayrılmamış gərək sürüyə dua etməyi öyrədəm. Dua edib qurtardıqdan sonra inan ki, bizi yeməyinə razı olacağıq. Özünü hamıdan hiyləgər hesab edən tülkü öz-özünə «qazlar məni aldada bilməzlər»- deyə düşündü. Böyük arxayınlıqla qazlara dedi: - Yaxşı duanızı edin. Qazların sürü başçısı tülküyə minnətdarlığmı bildirib dedi: -Biz bu dünyadan günahlarımızla ayrılmayacağıq. İndi bir sıraya düzüləcəyik. Mən dua etməyə başlayacam, sürü də təkrar edəcək. Duamızı edib qurtardıqdan sonra hansımızı istəsən yeyərsən. Bu fıkir tülkünün çox xoşuna gəldi və o, çayırlıqda uzanaraq qazların dua edib qurtarmaqlarını gözlədi. Qazlar isə bir sıraya düzüldülər. Sürü başçısı ucadan «qaak-qaak» etməyə başladı. Ardınca bütün sürü də onun etdiklərini təkrarladı. Sonra sürü başçısı «fıss»- deyə səs çıxardı. Bütün sürü onu yenə təkrarladı. Bu səsləri eşidən tülkünün gah ürəyi sıxılır, gah da başı hərlənirdi. Qazlar dua edib qurtarmaq bilmirdilər. Beləliklə özündən xəbərsiz tülkünün gözünə yuxu getdi. Sən demə yaxınlıqda bir kənd var imiş. Bu kəndin itləri qazların səsini eşidərkən «görəsən çayırlıqda nə var?»- deyə şübhələnməyə başlamış və qaçaraq özlərini çayırlığa yetirmişdilər. Tülkü itlərin səsini eşidib yuxudan oyandı və canını götürüb qaçmağa başldı. Canlarını tülküdən qurtaran qazlar itlərlə birlikdə kəndə yola düşdülər. O gündən sonra qazlar da insanlarla bi

Похожие видео

Показать еще