Paytaxt Bakıda "10 Mart" Günü HD
Martın 10 da Facebook vasitəsi ilə təşkilatlanmış gənclər "Əsgər ölümlərinə son!" şüarı ilə növbəti etiraz aksiyası keçirdiblər. Etirazçılar əllərində "Əsgər ölümlərinə son!", "Əsgərimiz ölməsin, ordu morqa dönməsin!", "Səfər Əbiyev rədd ol!", "Ali baş komandan cavab ver bizə!" yazılmış transporantlar tutaraq yürüş ediblər. Aksiyada qeyri-döyüş vəziyyətində həlak olan əsgərlərin valideynləri, QHT üzvləri, hüquq müdafiəçiləri, müxalifət partiyalarının üzvləri və başqa vətəndaş cəmiyyəti fəalları aktivlik nümayiş etdiriblər. Aksiya iştirakçılarını dağıtmaq məqsədi ilə etirazçıların toplaşdığı yerlərə gözyaşardıcı qaz buraxılıb, su püskürdülüb. Daha sonra gənclər yerə oturublar. Sonradan su şırnağının təzyiqi artırılaraq qksiya iştirakçılarını ərazidən uzaqlaşdırmaq mümkün olub. Aksiya da həbslər də həyata keçirilib. Belə ki, Müsavat Partiyasından Rauf Məmmədli, Ayaz Xəlilzadə, Ağababa Məmmədov, Azər Sadıqov, Şamil Beydulla AXCP-ni təmsil edənlər- Əbülfəz Qurbanlı, Vüsal Bayramov, Elşən Ağayev, Babək Həsənov, Məhəmməd Məcidli, Nüşabə Atakişiyeva (buraxılıb), Nihad Hüseyn, Türkel Əlisoy, Təzəxan Mirələmli, Bəyim Həsənli (buraxılıb), Tofiq Dadaşov, Sabir Məmmədov, Çilənay Seyidi, Renat Nəcəfov, Teymur Kərimov, Zaur Məmmədov və Ramin Musayev, ADP-dən Osman Əhmədov, Orxan Babayev eyni zamanda Anar Namazov, Tural Məmmədov, Xətai Qurbanlı, Mehman Mehmanzadə, Hüseyn Eminli də saxlanılıb. VHP-dən Əlövsət Əliyev, Səbuhi Quliyev, Türkan Əziz, Sevinc Məmmədova, REAL hərəkatının üzvlərindən Erkin Qədirli, Zöhrab İsmayıl, Rəsul Cəfərli və Cavid Qurbanov, "OL" gənclər təşkilatının üzvü Ruslan Əsəd həbs olunanlar sırasındadır. Həbs olunan şəxslərin əksəriyyəti azadlığa buraxılıb. Aksiyada həbs olunan AXCP üzvləri Təzəxan Mirələmli, Türkel Əlisoy, Aqil Əliyev, Vüsal Bayramov və Zaur Məmmədov Səbail rayon polis idarəsində saxlanılırlar. Bu gün onların məhkəmə qarşısına çıxarılacağı bildirilir. Website: http://kanal13.tv/ Facebook Official Page: http://www.facebook.com/tvkanal13 Facebook FanPage: http://www.facebook.com/djavid.djon Twitter: https://twitter.com/#!/Kanal13_Baku VK: http://vk.com/id197711591 Mail.Ru: http://my.mail.ru/mail/tvkanal13/ Click & Subscribe to the main youtube Channel: http://www.youtube.com/Kanal13AZ Online Radio BakuFm: http://baku.fm/ Facebook Official Page: https://www.facebook.com/RadioBakuFM © KANAL13 [ Azərbaycanın ilk peşəkar internet televiziyası ]