3 Bacı Dolması Hazırlanması (Badımcan, Bibər, Pomidor Dolması Hazırlanması)
Hərkəsə SALAM! Bugün sizlərə 3 bacı dolmasının hazırlanmasını çəkib göstərmək istədim. Lazım olan ərzaqlar: Qiymə Soğan Kərə yağı Bibər Pomidor Badımcan Keşniş Şüyüd Reyhan Duz İstiot Duru yağ Su Əvvəlcə qiymə, soğan və kərə yağını tavaya alaraq ocağa qoyuruq. Daha sonra duzunu əlavə edirik. 1ədəd bibər, 1ədəd pomidor doğrayırıq. Dolmalıq pomidorların da içərisini çıxararaq doğradıqdan sonra hamısını tavaya əlavə edirik. Bişdikdən sonra reyhan, keşniş və şüyüdünü əlavə edərək ocaqdan alırıq və istiotunu əlavə edib qarışdırırıq. Badımcanları hazırlayaraq suda pörtlədirik. Badimcanlar yumşaldıqdan sonra çıxararaq soyuq suya salırıq daha sonra sıxırıq ki acı suyu çıxsın. Bibərləri də badımcanları pörtlətdiyimiz suya atırıq ocağın altını bağlayıırıq ki bibərlərimiz çox bişməsin. 3 dəqiqə qaynar suda saxlayaraq çıxardırıq.badımcan , bibər və pomidorlarımızı duzlayaraq içlərini qiymə ilə doldururuq. Daha sonra üzərinə yarım stəkan su və duru yağ əlavə edirik. Ocaqda asta dərəcədə olmaqla 1 saata yaxın bişiririk. Və süfrəyə verilmək üçün hazırdır. Hazırlayacaq olanlara əvvəlcədən NUŞ OLSUN! Kanalıma abunə olmağı və videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın!