Göbələkli salat hazırlanması | Gobelek salatinin hazirlanmasi | Yay salati | Sade asan salat | HD

10.01.2018
Göbələkli salat Hazırlanma vaxtı: 15 dəqiqə **************************** Tərkibi və istifadə olunan ərzaqlar: • 280 qr turşuya qoyulmuş göbələk • 1 ədəd duzlu xiyar • 1 ədəd kök • 1 ədəd baş soğan • 1 ədəd xiyar • 1 ədəd qırmızı bibər • 1 ədəd sarı bibər • zövqə görə cəfəri • yarım ədəd limon şirəsi • zövqə görə zeytun yağı • zövqə görə duz **************************** Hazırlanma qaydası 1. Lazım olan inqredientlər hazırlanır. 2. Göbələklər doğranılır. 3. Kök yuyulub qaynadılır, yarıbişmiş halda uzunsov şəkildə doğranılır. 4. Xiyar yuyulur, qabığı soyulur və kök kimi uzunsov formada doğranılır. 5. Ardınca duzlu xiyarlar nazik və uzun şəkildə doğranılır. 6. Sarı bibər həmçinin nazik uzunsov şəkildə doğranılır. 7. Eyni qaydada qırmızı bibər doğranılır. 8. Cəfəri yarpaqları xırda doğranılır. 9. Soğan nazik və halqavari şəkildə, çox xırda olmadan doğranılır. Üzərinə duz səpilərək suyu sıxılıb atılır. 10. Doğranmış məhsullar dərin qaba yerləşdirilir. 11. Üzərinə yarı kəsimiş limon şirəsi səpilir. 12. Ardınca bir qədər (zövqə görə) zeytun yağı əlavə edilir. 13. Zövqə görə biraz duz əlavə edilərək hamısı yaxşı qarışdırılır. 14. Nəhayət rəngarəng və çox dadlı göbələkli salat hazırdır! 15. Bu salat düyü və makaron yeməkləri ilə qarnir kimi istifadə edilə bilər. Nuş olsun! Göbələk salatı, göbələkli salat, göbələk salatının hazırlanması qaydası, göbələk salatı resepti, göbələy salatı hazırlanması, gobelek salati, gobelekli salat, gobelek salatinin hazirlanmasi, gobeleyli salatin hazirlanmasi, Music :by Bensound

Похожие видео

Показать еще