Theador - O vaxtın söhbəti HD
Track, uşaqlıq illərini o vaxtın nəbzinə uyğun keçirənlərə, 500 manatlıq çörək,50 manatlıq saqqız çeynəyən,3 məmmədliy formaynan futbol oynayan,krant suyu içən, bir sözlə əsl küçə həyatı yaşayanlara həsr olunur. Unutmayın ki, 'Küçə sədaqətdir,verir pərakəndə'. Bu track Theadorun hərbi xidmət öncəsi son işidir. O, geri döndükdə isə Azrap yerindən oynuyacaq. Xoş dinləmələr. Theador ilə əlaqə: Facebook - theador13 Instagram - theeador Cover by Farid Ayvazov Beat by Syndrome Mix/Mastering by Ali Ashikar All rights reserved © ART Studio. Theador 2018 Sözlər (Lyrics): Verse (1) Vxadnoydu, düşmüşəm məhləyə mən, Görünmür heçkəs, niyə? məhləmin əzizdi əhli mənə. Kağızı bük əvvəlki tək, yenidən ver ay nənə, Semiçka əldə oturub daşda gileylənəy. Həyatı tamam başqadı bizim bu Qaraçuxurun, Böyüdüb boya başa çatdırıb bizi qara çuxuru. Dizimiz qan içində, San Siromuz dərə təpə, Atışıb alardığ Cola, biraz da evdən ləpə. Elman əminin 750 manatlıq marojnası, Məhləni yığardı meydana mojna marojnası. Oyunları yaşıyardığ, yaşıyaraq oynuardığ, Parol parola uşağlarla böyüylər vuruşardıq. Öyrədirdi futbolu Elşən, mərdliyi Sadiq bizə, Qızlara padxotu, kart oynamağı Fuad bizə. Turnikdə Turan idi, məşqə həvəs yaratdı, Rəhmətdiy Şəhriyar, qapçılıqda olub örnək bizə. Verse (2) Həmişə olub yanımda dostlarim, var olsunlar, Yarıda qoyanlar da olub, onlara ar olsun, (ar) Pisliy həkk olunur, yaxşılıqlar unudulur, Düzünü danışa bilməyən lal, kar olsunnar. Teymurnan Mahirin davaları, indiki MMA döyüşləri, Xiyar, atondu cındır o vaxtın söyüşləri. İllərin fərqi dəlil, heyif deyil mi? - bəli, Məsum, əl-ələ tutuşmuyan sevgili görüşləri. Track 3 deyqədi, zəbt eliyir bir neçə ili, Danışır Theo, sizlərə həqiqəti. Uzanıb qadının dili,plus da lütdənməyi, Yanında balaca bədbəxtnən klub sülənməyi. Allahdan çəkinin, Allahdan qorxun, Dövr etmək yorur, zaman dövr etmir, yorğun. Üzlər solğun, polisdə olmur ulğum, Ayağı burxulub yalanın,ölkə yaman durğun. (Nəqərat): Yalanla olmaz əlaqəm, Küçə sədaqətdir, verir pərakəndə. Tək problem sənin dərrakəndə, Theonu unutma, repi dəlalət.