Baki-Irevan mexfi danisiqlari yayildi: Pasinyanin video faktlari elimizde - Sirler acildi...

27.09.2020
Ermənistanı dəhşətə gətirən sənədlər ortaya çıxdı Paşinyanın video-faktları Bakının əlində: İrəvanda şok... Bakı-İrəvan məxfi danışıqları yayıldı: Uyğunsuzluq nədir? “Haqqin.az” saytı Bakı ilə İrəvan arasında 2018-ci ildə, Nikol Paşinyan hakimiyyətə gələndən az sonra məxfi şəkildə Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar apardığı və N.Paşinyanın adından vəd verildiyi haqda diplomatik mənbələrə istinadla məlumat yayılıb. Saytın yaydığı məlumat sensasiya sayıla bilər və əslində, Paşinyan hakimiyyətinin mahiyyətini ifadə edir. Ancaq məlumatda müəyyən uyğunsuzluq da var. Əvvəlcə, məlumatın özünə diqqət edək: Sayt iddia edib ki, Bakı ilə İrəvan arasında Qarabağ münaqişəsinin həlli ilə bağlı ikinci tərəfin təşəbbüsü ilə başlayan məxfi danışıqlar 2018-ci ilin iyul-avqust aylarında start götürüb. Belə ki, Nikol Paşinyanın o zamankı baş müşaviri, eləcə də onun Vətəndaş Müqaviləsi Partiyasının üzvü Arsen Xaratyan Azərbaycan hakimiyyətinin nümayəndələri ilə əlaqə yaradaraq, danışıqlara başlamağı təklif edib. Bundan az sonra işin effektivliyinin təmini üçün Xaratyan Baş nazirin müşaviri postundan istefaya gedərək, Tiflisdə məskunlaşıb və Soros Fondu tərəfindən maliyyələşən QHT-nin rəhbəri kimi fəaliyyət göstərib. Tərəflər arasında ilk görüş Avropa ölkələrindən birinin ərazisində baş tutub. Görüşün Avropada baş tutmasının səbəbi Rusiya xüsusi xidmət orqanlarının Tiflisdə aktiv fəaliyyəti olub. Xaratyan görüş zamanı Paşinyanın konfliktin həlli üçün ciddi kompromislərə getməyə və mərhələli həll planını əsas götürməyə hazır olduğunu bəyan edib. Paşinyanın nümayəndəsi, həmçinin Ermənistanın Qarabağ ətrafında əvvəlcə üç, daha sonra isə iki rayon boşaltmağa, digər iki rayonla bağlı məsələyə bundan sonra baxmağa hazır olduğunu da deyib. Üstəlik, görüşdə Rusiyanın vasitəçilikdən uzaqlaşdırılması və gələcəkdə görüşlərin birbaşa Qərbin vasitəçiliyi ilə keçirilməsi təklif edilib ki, bu da Azərbaycan tərəfindən müəyyən şübhələr yaradıb. Bu görüşdən sonra Paşinyanla gələcək addımların müəyyənləşdirilməsi üçün İrəvana dönən Xaratyan danışıqlarda birbaşa təmsilçi olmaq barədə Nikoldan mandat alıb. Daha sonra Avropada tərəflər arasında ikinci görüş olub. Görüş zamanı Xaratyan Paşinyanın KTMT baş katibi Yuri Xaçaturov barədə cinayət işi qaldıracağını və onu həbs edəcəyini açıqlayıb. Buna səbəb kimi Xaçaturovun Sərkisyan və Köçəryandan sonra yeni hökumətə əsas təhdid olması göstərilib. O, Nikolun ölkədə nəzarəti bərpa etməsi üçün Azərbaycandan vaxt istəyib və bu problemlərin həllindən sonra İrəvanın hərtərəfli danışıqlara başlayacağı vədini verib. Növbəti görüş zamanı isə Xaratyan Xaçaturovun həbsinin Kremli qəzəbləndirdiyini, eləcə də gizli görüş barədə Moskvaya məlumat sızdırıldığını söyləyib. Fakt kimi Rusiya kəşfiyyatının Paşinyanla Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın telefon danışığını mediaya ötürdüyünü göstərib. Bununla belə danışıqlar barədə məlumatın onu əvvəlcədən bilən Zöhrab Mnatsakanyan və David Tonayan tərəfindən sızdırıla biləcə

Похожие видео