Əsas xəbərlər 19.10.2020 (Təcili Xəbər) HD

19.10.2020
"Torpaqlarımızın işğaldan azad olunması hər birimizi qürurlandırır. Füzuli şəhərinin və bir sıra kəndlərinin azad olunması isə ilk növbədə Füzulidən olan insanları, o cümlədən bütün xalqımızı sevindirir. Çünki onlar 30 ilə yaxın idi ki, bu günləri gözləyirdilər və indi hər kəs saatı, vaxtı sayır ki, o torpaqlara yenidən qayıdacaqlar, öz doğma ocaqlarında yurdlarını quracaqlar, əvvəlki həyatlarına dönəcəklər". Yenisabah.az xəbər verir ki, bu sözləri hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib. O qeyd edib ki, hər gün torpaqlarımızın işğaldan azad olunmaı düşmənə ağır bir zərbədir: "Çünki düşmən uzun illər orada məskunlaşmışdı və guya hansısa bir müdafiə işlərini aparırdı. Amma Azərbaycan Ordusu bu qısa müddətdə ərazini düşməndən təmizlədi və azad etdi. Bu gün biz qürurla deyə bilərik ki, bundan sonra təkcə işğal tarixlərini deyil, işğaldan azad olunma tarixlərini də qeyd edəcəyik. Ermənistan Müdafiə Nazirliyi daha 37 hərbçinin öldüyünü təsdiqləyib. Yenisabah.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb. Məlumata görə, Ermənistan bu günə qədər 710 hərbçisinin ölümünü təsdiq edib. Qeyd edək ki, düşmənin itkilərini azaltdığı və bu sayın minlərlə olduğu bildirilir. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu növbəti təxribatından sonra Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatları 21 gündür davam edir. Ötən müddət ərzində düşmənə ciddi sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu onu müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur edib. Hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələrinin təxminən 2 milyard dollar dəyəri olan hərbi texnikası, silah-sursatı məhv edilib və ya qənimət götürülüb. Bu günlərdə ard-arda cəbhədən gələn qələbə xəbərləri xalqımızı daha da ruhlandırır və Ordumuzun döyüş əzmini daha da artırır. Tərtər rayonunun Suqovuşan kəndinin, Cəbrayıl rayonunun mərkəzinin və kəndlərinin, Hadrut qəsəbəsinin, Xocavənd rayonunun kəndlərinin işğaldan azad edilməsi böyük qələbəmizin ilk addımları hesab oluna bilər. Erməni ictimaiyyətində “qalib ordu” obrazı yaratmaq cəhdləri iflasa uğradı Laçın sakini tapdığı odlu silahı polisə təhvil verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Laçın rayon sakini Ə.Vəliyev tapdığı “Makarov” markalı tapançanı və içərisində 4 ədəd patron olan patron darağını könüllü olaraq Səbail Rayon Polis İdarəsinə təhvil verib. Savaş meydanında tam məğlub olduğunu dərk edən Ermənistanın uğursuz baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevə barışıq üçün “elçi düşüb”. Sportinfo.az bu barədə haqqin.az-a istinadən xəbər verir. Saytın baş redaktoru Eynulla Fətullayev, hökumət mənbələrindən aldığı “ən vacib məlumatlar”ı oxucularla paylaşıb: “Paşinyan elçilər vasitəsi ilə İlham Əliyevdən danışıqlar istəyib. Məlumatda bildirilib ki, Ermənistan hökuməti İlham Əliyevin irəli sürdüyü Qarabağ nizamlanması şərtləri ilə bağlı Azərbaycanl

Похожие видео

Показать еще