"Bir gecəlik görüş təklifindən imtina etdiyimə görə həmin insan mənə efir qadağası qoydurdu"
Tanınmış teleaparıcı Lətafət Ələkbərova "Ölkə.Az"ın suallarını cavablandırıb. . - Lətafət xanım, teleaparıcılıq karyeranızın başlanğıcı yetərincə uğurlu alınmışdı. "Azəri-star" kimi səs-küylü yarışmanın aparıcılarından biri idiniz. Ancaq sonradan sanki eniş dövrü hiss edilməyə başladı.... - Sizinlə razılaşıram. O cür bahalı layihədən sonra eyni gücə malik layihə olmadı. Bəlkə də buna görə eniş hiss edildi. Həm də qızım dünyaya gəldi, ailəyə də vaxt ayırdım. Elə ana deyiləm ki, uşağımı atıb, işimlə məşğul olum. Övladımın hazırda on yaşı var.. - Deyək ki, övladınızın beş yaşına qədər onunla məşğul oldunuz, körpə olduğunu nəzərə aldınız. Axı son beş ildə də elə bir layihəniz yoxdur.... - Ondan sonra "Xəzər" televiziyasında, "Space" telekanalında layihələrim oldu.. - Əslində, kənardan belə görünür ki, sizin ilk illərdə qazandığınız uğur təsadüf idi. - Bəli, elə fikirləşirlər. İllərlə qazandığım təcrübənin sayəsində indi dövlət tədbirlərində, məclislərdə, konsertlərdə səhnə alıram.. -Sizcə, peşəkar aparıcı üçün televiziya layihəsi daha önəmli deyilmi? - İllər öncə qazandığım adın çörəyini hələ də yeyirəm. - Və həm də o adı xərcləyirsiniz.... - Yenidən layihələrim olacaq. Türkiyədə beş dəfə möhtəşəm tədbirlərin, həmçinin Alanyada Beynəlxalq "Kristal kare" film festivalının aparıcısı olmuşam. Türkiyə mediasında dəfələrlə haqqımda yazılıb. . Türksoy-un təşkil etdiyi "İlin altın adamları" mükafatlandırma mərasiminin də aparıcılığı iki dəfə mənə həvalə edilib. Eyni zamanda həmin mərasimdə mükafatlandırılmışam. . Bilirsiniz, burada həm mənim, həm də medianın səhvi var. Jurnalist zəng vuranda deyir ki, işdən yox, şəxsi həyatdan danışın, gördüyünüz işlərdən yazırıq, amma oxunmur. Sanki tamaşaçılar da, oxucular da dəyişib.. - Amma "Azəri star"dakı aparıcılıq şəxsi həyat deyildi... - O zaman tamaşaçı başqaydı. - Bəlkə özünüz şəxsi həyatınızla bağlı daha çox danışmısınız və tamaşaçı buna vərdiş edib.. Mən danışmadığım üçün maraqlıdır. - Dəfələrlə danışmısınız... - Elə aparıcılar, şou nümayəndələri var ki, sırf şəxsi həyatla gündəmə gəlirlər. Mən işimlə gündəmə gəlmişəm.. - Mən bilirəm ki, qızınızın atası müğənnidir, sizdən on yaş kiçikdir. Bunları siz dediyiniz üçün mən bilirəm də. Yeri gəlmişkən, qızınızın atasıyla ünsiyyəti varmı? . - Ünsiyyət yoxdur və o barədə danışmaq istəmirəm. Çünki bu barədə çox danışılıb. Hər halda, özü qızıyla görüşmək istəmir.. - Bəs bir neçə il öncə? - Bəli, ilk illərdə görüşürdülər. Ümumiyyətlə, sənət adamlarının əksəriyyətini şəxsi həyatı gətirmir. - Bəzi sənətçilər, aparıcılar illər sonra həyat yoldaşlarıyla barışıblar. Sizdə bu mümkündür?. Heç vaxt ola bilməz. Ayrılandan sonra iki-üç il qarşı tərəfdən belə cəhdlər olub və mən də şans vermişəm. Çünki ortada illərimiz, əməyimiz var. Ancaq alınmayanda alınmır da. . Ailələr var ki, kənardan xoşbəxt cütlük kimi görünürlər. Sonradan məlum olur ki, bir-birinin üzünü görmək istəmirlər. Sadəcə, məcburiyyətdən rola giriblər. . Sevgisiz ailədə uşağın tərbiyəsi mümkünsüzdür. Fikrimcə, n