Əlisəmid Kür - "BİR ANDA YÜZ İL YAŞADIM" / Tural Əhməd HD
BİR ANDA YÜZ İL YAŞADIM Hamını yadıma saldım bir gün ata ocağında. Bir anda yüz il yaşadım, Bir anda yüz il qocaldım həsrətin künc-bucağında. Titrədi atamın baş daşı, ürpəndi anamın əlləri. İndicə qırılıb dağılacaq baxdığın güzgü - Titrəyir yanağında göz yaşları - titrətir qızımın telləri. Bir anda yüz il yaşadım. Gördüm vaxt geri fırlanır, önümdə zaman dillənir. Köhnə divar saatında - kəfkirdə qızım yellənir. Titrəyə-titrəyə qalxdım ayağa, Dilimdən bir kəlmə söz də çıxmadı. Öpdüm əllərindən xatirələrin, öpdüm gözlərindən ayrılıqların... Bir anda yüz il yaşadım həsrətin künc-bucağında. Bir anda yüz il qocaldım ilin-günün bu çağında. #TuralƏhməd #BalashMirzabey #Racool Studio #Mədəniyyət #Bakı #Azərbaycan #seir #ƏlisəmidKür #şeir Diqqqət! Müəllif hüquqları qorunur! Materialın təkrar paylaşılması yolverilməzdir. Materiala aid hər hansı məlumatdan istifadə etdikdə istinad üçün keçid vermək lazımdır. Operator: Əfqan Telmanoğlu Layihə rəhbəri: Balash Mirzabey Studio: Racool Studio Reklam üçün əlaqə: (tel/vatsap) 055 323 27 52 Instagram - https://www.instagram.com/racoolstudio