Nərmin 6 ay - dayısından özəl HD
Gözəl qızım Nərmin, Həyatımıza gəlişinlə çox böyük sevinc qatdın. Elə ana bətnində olarkən çox böyük çətinliklərlə böyük mübarizələrlə dünyaya gəldin. Gəlişinlə fərqli olduğun barədə bəzi işarələri verdin. Bəlkə də bu sözləri oxuyub çox insan düşünəcək ki, fərqli hansı üstünlüyün varki?! Darıxma qızım sən böyüdükdə texnologiya hansı səviyyədə olacaq bilmirəm amma bu videoya baxdıqca özünü keçmişini yadına sal və daima daha üstün olduğuna inan. Mən də həmişə istəmişəm ki, doğulduğum yeri o anları görüm amma təəssüff ki, bizim vaxtımızda bu cür texnologiya yox idi və mümkün olmamışdı. Düşünsək ki, 10 il əvvəl Youtube yaranıbsa 10 il sonra da mövcud olar və artıq sən bu videoya baxmaq dərk etmək səviyyəsində olacaqsan. O zaman kim hansı məkanda və vəziyyətdə olacaq dəqiq demək çətindir amma həmişə dayın sənlə fəxr etmək istəyir. Bu video ilə gələcəyə-sənə bir məktub göndərmiş olum. Bu 6 ayda bizə yaşatdığın hissləri izah etmək mümkün deyil. Yaxşı ki, varsan. Sən yaxşı mənada fərqli olacağını hərkəsə sübut edəcəksən. Balacamızın dünyaya sağlam gəlməyində Oksigen klinikasına dərin təşəkkürlüyümüzü bildiririk. Dayın səni çox istəyir, gələcəkdə bu videona açıb birlikdə baxmaq ümidi ilə... :) Sevgilərlə, Murad dayın Hüseynov. - Music: Nicolette Larson - Welcome to the World - https://www.facebook.com/muradjava - muradace@gmail.com - +994557226652
Похожие видео
Показать еще