Mübariz Mənsimovdan Xanım Qafarovanın qızına böyük dəstək - GÖRÜNTÜLƏR HD

05.12.2019
Ən yeni məlumatlar, maraqlı videolar və son xəbərlər! Mahsun Kırmızıgülün rejissorluğu ilə real hadisələr əsasında çəkilən “Möcüzə 2 aşk” filminin 4 dekabrda möhtəşəm qala gecəsi keçirilib. Yeni Kanalın tədbirdən özəl olaraq əldə etdiyi görüntülərdən də bəlli olur ki, qala gecəsində türkiyəli ulduzun azərbaycanlı dostu və tanınmış iş adamı Mübariz Mənsimov ailə üzvləri ilə birlikdə iştirak edib. Tədbirdən fotoları sosial şəbəkə hesabında paylaşan Mübariz Mənsimov filmin uğurlu alındığını xüsusi vurğulayıb: “Dünən çox möhtəşəm bir gün oldu. Qardaşım Mahsun Kırmızıgül “Möcüzə 2 aşk" filminin təqdimat mərasimini keçirdi. Dostum Mahsun bəy, sözün həqiqi mənasında, möcüzə yaratmışdı. Əziz qardaşıma “əllərinə sağlıq” deyib gələcək işlərində bundan da böyük uğurlar arzu edirəm”. Qeyd edək ki, Mübariz Mənsimov mərhum əməkdar artist Xanım Qafarovanın qızı Gövhərin bu filmdə rol almasını, Türkiyənin məhşurları ilə qırmızı xalçadan keçməsini böyük sevinclə qeyd edib: "Doğrudur, bu filmdə ona verilən rol kiçik idi, amma Gövhər qızımız peşəkarlarla çalışdı, həftələrlə onlarla birgə əziyyət çəkdi və gələcək işləri üçün böyük təcrübə topladı. Amma bundan böyük uğur və mənim ürəyimi dağa döndərən hadisə odur ki, Gövhər qırmızı xalçadan keçərkən bütün türk mətbuatının önündə Azərbaycanımızı təmsil edirdi. Gövhər qızım, hər zaman Vətənimizi belə layiqli şəkildə təmsil etməyini arzu edirəm. Sənə baxıb sevinmək o qədər gözəl hiss idi ki, bu anları yenidən yaşamaq hər birimiz üçün böyük fəxr, şərəf və arzudur. Həmin möhtəşəm mərasimdə hər kəs bilirdi ki, sən Azərbaycandan gəlmisən". Mənsimov Gövhər balaya arzularını da bölüşüb: "Əlbəttə ki, sənin gələcəyin öz əlindədir. Burada söz sahibisən, istədiyin kimi öz iş fəaliyyətini qura bilərsən. Bununla belə arzu edərdim ki, bu sənin ikinci sənətin olsun və burada da bizi yüksək səviyyədə təmsil edəsən". Gövhər isə Yeni Kanala özəl açıqlamasında bildirib ki, rol elə böyük olmasa da əsas məsələ həmin heyətdə yer almaq idi: "Türk aktyorlarla birgə çalışmaq böyük uğurdur. Həftələrlə çəkilişlər oldu. Çox çətin, amma maraqlı idi. Peşəkarların filmi necə çəkməsinin əyani şahidi oldum".

Похожие видео

Показать еще