"Səni sevən ilk kişi atandır..." - Aparıcı Zaurdan həssas sözlər HD
Bu gün Atv-nin tanınmış aparıcıları Zaur və Günay cütlüyünün qızı Dilavərin doğum günüdür. BiG.AZ xəbər verir ki, aparıcı bununla bağlı sosial şəbəkədə qızı ilə fotosunu paylaşaraq təbrik edib: "Mənim əziz və şıltaq qızım! Gəldik, çıxdıq beşinci pilləyə! Səni çox sevirəm, bunu heç zaman unutma! Həyatda mənli və mənsiz günlərin çox olacaq! Çalış həmişə hər kəsi sev. Sevgidən güclü heç bir duyğu yoxdur. İnsan sevdiyi zaman xoşbəxt olur, azad olur, ruhu hər zaman uçur. Atanı, ananı, ailəni, doğmlarını, vətənini, torpağını ən əsası xalqını sev, ən əsası Allahı sev! Atanı ucaldan dayandığı bu nöqtəyə gətirən Allaha olan sevgisi, xalq, insanlardır. Atan da onların arasından çıxıb və onların sevgisi ,gücü və dəstəyi nəticəsində durduğu yerdədir. Əlində beş manatın olsa onun yarısını ehtiyacı olan biri ilə paylaş, Allah onun on qatını sənə yetirəcək. Çalış mərhəmətli və sevgi dolu ol. Həyatında nə olsa , mən yanındayam, harda olsan ,bir çətinliyin olsa belə bir nəfəs qədər sənin yanındayam, yetər ki , o nəfəsi al! Mənim səndən dəyərli heç nəyim yoxdur, bu həyatda ən böyük qazancım sənsən! Vaxt atlı olub biz piyada! Tez ye, tez böyü, tez məktəbə get, tez universitetə gir, tez aile qur, elə hey tələsirik! Səni yedirtmək üçün bəzən nə qədər əsəb keçiririk, səni geyindirmək, yuxudan oyatmaq, günlük şıltaqlıqlarına əsəbləşmək, dözmək bunlar çox əziyyətlidir, amma elə ki, gecə yerine girib sakit, heç nə olmamış kimi yatırsan, bax onda bütün əziyyətlər bir anda yox olur, bax o gecənin zövqünü heç nə əvəz edə bilmez! Xoşbəxt ol qızım, büdrəyəcəksən, amma yıxılma, əyiləcəksən, amma sınma, əziləcəksən, amma parçalanma, böyüyəcəksən, amma kiçilmə! Səni sevən ilk kişi - Atan!"