atama hesr edirem HD

24.07.2013
Atalar və qızlar 6 aylığında Ata: Nə qədər gözəl qızım var. İlahi, bu kiçik mələk mənim balamdır?! Gözləri necə də mənimkinə bənzəyir. Şükürlər olsun Sənə, ey Rəbbim! Qızı: Gərək ki, gözlərini məndən ayırmayan bu gözəl insan atamdır. 5 YAŞINDA Ata: Gözəl qızım, de görüm atan sənə nə alsın? Qızı: Ən çox atamı sevirəm, onun hər an mənimlə olmasını istəyirəm. 10 YAŞINDA Ata: Getdikcə heç sözə baxmır, bilmirəm kimə oxşadı bu qız. Qızı: Atamı çox sevirəm, görəsən bu ay mənə nə qədər cibxərcliyi verəcək? 15 YAŞINDA Ata: Necə də tez böyüdü bu qız, getdikcə lap başıma çıxır, yox gərək onunla biz az sərt danışım. Qızı: Atam rəfiqələrimlə istədiyim qədər əylənməyə icazə vermir, uf! Görəsən nə vaxt sərbəst olacağam? 20 YAŞINDA Ata: Artıq sözümü eşitmir, getdikcə məndən uzaqlaşır. İşləyir, pul qazanır, mənə ehtiyac duymur. Uzun zamandır bir-birimizə bir kəlmə də şirin söz deməmişik. Qızı: Hər işimə qarışır, geyindiyim paltarlara, getdiyim yerlərə. Mənimlə uşaq kimi davranmasından bezmişəm. 25 YAŞINDA Ata: Bir gün bunun olacağını bilirdim. Artıq ərə gedir, xeyli vaxtdır aramız çox sərindir, mələyim tərk edir məni. Qızı: Belə bir şad gündə onun bu qədər qəmgin olmasını anlaya bilmirəm. Bilmirəm nədən narazıdır. Yoxsa həyat yoldaşım ürəyincə deyil?! Sanki onunla birlikdə yaşayacaq. 30 YAŞINDA Ata: Çox az görüşürük. Tez-tez gəlib atasını görsəydi, nə olardı?! Nəvələrimdən ötrü çox darıxıram. Dostlarından ayrılıb bizə gəlməyə vaxt tapmır. Qızı: Son vaxtlar atama heç vaxt ayıra bilmirəm, telefonda səsi çox zəif gəlirdi. Həftəsonu onlara sürpriz etsəm yaxşı olar. 40 YAŞINDA Ata: Nədənsə, qızım mənim dardüşüncəli olduğumu güman edir. Amma məktəbli olduğu vaxtlar bütün dərslərində ona kömək edərdim. İndi məni bəyənmir. Bundan sonra onunla heç bir mövzuda mübahisə etməyəcəyəm.. Qızı: Atam gtdikcə lap uşaq kimi davranır. Heç nədən inciyir. Son zamanlar səhhəti elə də yaxşı deyil. Birdən ona bir şey olar. Heç vaxt onun istədiyi övlad olmamışam. 45 YAŞINDA Ata: Qızımın xoşbəxt ailəsi olması mənə çox xoşdur. Ölüb getsəm də də gözüm arxada qalmayacaq, hər şeyin öhdəsindən gəldi, onunla qürur duyuram. Qızı: Atam üçün çox nigaranam, onu itirmək istəmirəm, son zamanlar dərmanlarını da vaxtlı-vaxtında qəbul etmir. Allahım, nə olar, onu məndən alma. 50 YAŞINDA Ata: Xoşbəxt ol, qızım, dünyan firavan, axirətin xeyirli olsun. Qızı: Atacan, səndən ötrü çox darıxacağam. Bundan belə dərdimi kimə deyəcəyəm? Kiminlə danışacağam? Kim mənə kömək edəcək? Atacan, nə olar, getdiyin yerdə şad-xürrəm ol. Hər zaman yanımda olduğunun hiss etdir mənə. Arabir mənə işarələrlə xəbər göndər. Ah! Atacan, sənsiz necə yaşayacağam?! 55 YAŞINDA Qızı: Atacan, sən gedəni yoxluğunu daha çox dərk edirəm. Heyfsilənməyin heç nəyi dəyişməyəcəyini yaxşı bilirəm, məni duyduğunu bilirəm. Atacan, nə olar, səni üzdüyüm hər gün üçün nə qədər peşman olduğumu da bil, bağışla məni.

Похожие видео

Показать еще