SON DEQIQE: Kamil Zeynalli hebsden cixir

20.05.2020
SON DƏQİQƏ: Kamil Zeynallı həbsdən çıxır İdmançı Kamil Zeynallı 8 gün əvvəl həbs edilmişdi. O, Nərimanov rayonu ərazisində karantin rejiminin qaydalarını pozduğu üçün Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı və Kamil Zeynallı Nərimanov rayon məhkəməsinin qərarı ilə 10 sutka müddətinə inzibati həbs olunmuşdu. İdmançının həbs edildiyi barədə məlumat onun instaqram hesabında da paylaşılmışdı. Tanınmış idmançı Kamil Zeynallının həbsi ilə bağlı həyat yoldaşı müğənni Günay Zeynallı da “İnstagram” da Allah dualarımızı qəbul etsin deyə foto paylaşmışdı. İdmançının həbs edilməsindən 22 may tarixində 10 gün ötür. İdmançının mayın 22-də həbsdən çıxacağı gözlənilir. Kamil Zeynallı həbs edildi. Gülaydan Kamilin həbs olunmasına reaksiya Tanınmış idmançı Kamil Zeynallı həbs edilib. İdmançının həyat yoldaşı, müğənni Gülay Zeynallı məsələ ilə bağlı jurnalistlərin suallarını cavabsız qoysa da, gecə "İnstagram"da foto yayımlayaraq, baş verənlərə reaksiya verib. O, əllərini göyə açaraq, dua edən qadın əllərinin görüntüsünü paylaşaraq bu sözləri qeyd edib: "Allah qəlbləri görub,onu mukafatlandıran Allahdır. Allah dualarımızı qebul etsin". İzləyicilər isə tezliklə idmançının azadlığa çıxması üçün dua etdiklərini yazıblar. Qeyd edək ki, Kamil Zeynallı karantin qaydalarını pozduğu üçün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs olunub. Kamil Zeynallı həbs olundu Tanınmış idmançı Kamil Zeynallının həbs xəbəri yayılıb. Onun xüsusi karantin rejimini pozduğuna görə 10 sutka həbs edildiyi bildirilir. "Instagram" səhifəsindəki məlumatda da idmançı karantin rejimi qaydalarını pozduğuna görə həbs edildiyi təsdiqlənib. Kamildən qızına TƏSİRLİ SÖZLƏR: "Atan 10 günlük..." - FOTO və VİDEO Xəbər verdiyimiz kimi, tanınmış idmançı Kamil Zeynallı həbs edilib. O, xüsusi karantin rejimini pozduğuna görə 10 sutka həbs cəzası alıb. Nərimanov rayon məhkəməsində idmançıya hökm oxunub. İdmançının dostu Rövşən Tağıyev Kamilin məhkəmədən sonra qızı ilə danışdığını deyib. O sosial şəbəkədə yazıb: "Bu sözlər, mənə bu gün, çox pis təsir etdi. Kamil məhkəmədən sonra övladı ilə telefonda danışdı: Qızım ata 10 günlük Türkiyəyə gedir, oradakı kasıblara ərzaq paylamağa, nigaran qalma. Ata səni çox istəyir, telefonum işləsə sənə tez-tez zəng vuracam". Kamil Zeynallı ilə bağlı DİN-dən AÇIQLAMA Xəbər verdiyimiz kimi ötən gün idmançı Kamil Zeynallı Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs olunub. Karantin rejimi qaydalarına görə bəzi rayonlara gediş-gəliş bərpa edilsə də, Bakı, Gəncə və Lənkəran şəhərləri və Abşeron rayonundan digər rayonlara olan gediş-gəliş qadağası mayın 31-dək qüvvədə qalır. Bakı sakini olan Kamil Zeynallı da imkansız ailələrə maddi yardım aparmaq məqsədi ilə əvvəl Ucara, daha sonra isə Füzuli rayonuna gedib. Bu zaman isə ağıllara bir sual gəlir. Bakı sakini olan vətəndaş rayonlara hansı yolla gedib? Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidovla yeniavaz.com-a açıqlamasınd

Похожие видео