QULAQ AĞRISI - OTiT (otitis media)

09.12.2015
Qulaq ağrısı (otitis media və ya otit) orta qulağın infeksiyası (bakterial infeksiya ilə iltihabı) xəstəliyidir. Xəstəlik əksər hallarda yuxarı tənəffüs yollarının infeksiyaları – soyuqdəymə və qripdən sonra törənir. Respirator allergiyalar da burun boşluğunda uzun müddət durğunluq yaratmaqla qulaq ağrısına səbəb ola bilir. Qulağın daxili və xarici hissəsi İnsan qulağı anatomik cəhətdən bir neçə şöbəyə bölünür və hər bir şöbənin özünəməxsus funksiyaları və xəstəlikləri var.Məlum olduğu kimi, qulaq üç hissədən ibarətdir: xarici, orta və daxili qulaq. Bizim “qulaq” adlandırdığımız əslində xarici qulaqdır. Ümumilikdə, qulağın müəyyən şöbəsinin iltihabi prosesi otit adlanır. Xarici qulaq əsasən dəri ilə örtüldüyündən, dəriyə xas olan iltihabi proseslərə (sızanaq, furunkul və s.) burada da rast gəlmək mümkündür. Xarici qulağın məhdud iltihabı və ya furukoloz xroniki irinli otitin nəticəsidir – bu zaman müxtəlif bakteriyalar (pnevmokok, stafilokok, hemofil çöpləri) göbələk infeksiyaları xarici qulaqda dəriyə və dərialtı təbəqəyə keçir. Qulağa birbaşa aid olan xəstəliklərsə daxili və orta otitlərdir. Daxili otitlərə (labirintit) az rast gəlinsə də, çox təhlükəli xəstəlikdir. Xəstəlik əsasən sərbəst əmələ gəlmir, daha çox orta otitin və ümumi infeksion xəstəliklərin ağırlaşması hesab olunur. Çox zaman bir və ya hər iki qulaqdan ifrazatın olması və ağrı məhz orta otitlə bağlı olur. Xroniki qulaq ağrısı əziyyətdir. Xroniki otitdə qulaqın pərdəsi əksər hallarda deşilir, qulaqdan pis qoxulu axıntı, çirk gəlir. Eşitmə azalır və ya itir. Adətən orta otit müxtəlif infeksiya xəstəliklərində eşitmənin itməsinə aparmır. Lakin irinli orta otit orta qulağın marofunksional struktrunu dağıtmaqla buna səbəb ola bilər. Əlamətləri : Xəstələrin şikayətləri qulaqda və qulaqətrafına yayılan ağrılar, qulağın tutulması, eşitmənin zəifləməsi, küy, temperatur və bəzən qulaq pərdəsinin deşilməsi ilə müşahidə olunan ifrazatın və irinin gəlməsindən olur. Lakin xəstədə bu göstərilən şikayətlərin hamısı eyni zamanda müşahidə olunmaya da bilər. Müalicə : Qulaqda ağrı peyda olandan iki gün sonra azalmırsa, dərhal həkimə müraciət etmək lazımdır. Otiti özbaşına müalicə etmək onun daha da ağırlaşmasına səbəb ola bilər. Odur ki, müalicə üsullarını yalnız həkim müəyyən etməlidir. Qulaq ağrısını LOR (burun-boğaz-qulaq) həkimi müalicə edir. Qulağın müalicəsi yerli və ümumi aparılır. Yerli müalicə kimi antiseptik məhlullar, antibiotik damcılar, ağrıkəsicilər və iltihab əleyhinə hormonlar istifadə olunur. Qulağı isti saxlamaq və burun tənəffüsünü yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirilir. Ümumi şəkildə isə antibakterial terapiya, sulfanilamid prepratları və immunitetin yüksəlməsinə kömək edən vasitələrdən istifadə olunur. Bununla yanaşı, burun tutulmasına səbəb olan faktorlar (adenoidlər, burun çəpərinin əyriliyi, allergik rinitlər və s.) varsa, onlar da aradan qaldırılmalıdır. Əgər aparılan müalicə fonunda yaxşılaşma müşahidə olunmazsa, əksinə, prosesin xronikləşməsi və beyindaxili ağırl

Похожие видео