Son Dəqiqə! Təcili xəbərlər! Günün əsas xəbərləri

11.06.2019
Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti "Sarsılmaz qardaşlıq-2019" birgə döyüş atışlı taktiki təlimini izləmək məqsədilə Naxçıvan şəhərinə gəlib. Bu barədə Sonxeber.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, iyunun 7-də Naxçıvanda "Sarsılmaz qardaşlıq-2019"Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb. Təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Naxçıvana gedib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Səfərin məqsədi "Sarsılmaz qardaşlıq-2019" birgə döyüş atışlı taktiki təlimini izləməkdir. "WhatsApp" sosial şəbəkəsi yeni özəllikləri istifadəyə verməyə hazırlaşır. Dəyişikliyə görə, bundan sonra istifadəçilər qarşı tərəfin icazəsi olmadan onun profil şəklini telefonuna qeyd edə bilməyəcək. Digər özəllik isə fotoların göndərilməsi ilə bağlıdır. Belə ki, qarşı tərəf sizin göndərdiyiniz fotoları yükləmədən onların həcmini və sayını görə biləcək. Məlumata görə, xidmətlər hələ ki test mərhələsindədir. İstifadəçilər yeni özəlliklərə böyük dəstək verib. Ali Məhkəmədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nərimanov RPİ Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis baş serjantı Nicat İbrahimlinin barəsində olan hökmdən verilən kassasiya protesti üzrə məhkəmə prosesi başa çatıb. Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, hökm ləğv edilib, iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilib. Baki metrosunda maraqlı hadisə baş verib. Sonxeber.az day.az-a istinadən bildirir ki, sərnişinlərdən biri metro işçiləri üçün nəzərdə tutulmuş mikrofonu götürərək "Yaxşı Gədəbəy kartofu var" deyib. Sonradan isə metro əməkdaşları ona yaxınlaşaraq mikrofonu onun əlindən alıblar.

Похожие видео

Показать еще