Menim Ailem (Feride IlkCan) Tapmacalar HD
Şeirin Müəllifi: Fəridə İlkcan Ana Bu dünyada hamidan cox Məni ən cox o sevir Dərslərimdən 5 alanda Afərin balam deyir O kimdir? deyin mənə -Tapdım,tapdım Hər an qaygima qalan Mənim nur üzlü anam Ata Hər gün işdən gələndə Öpürəm üz gözündən Bizim evdə hec bir kəs Çıxmır onun sözündən O kimdir elə?Deyin mənə -Tapdım tapdım Hamıdan güclü olan Mənim pəhləvan atam Baci -Anamın qucaginda Uzaqdan əl sallayır Mən məktəbə gedəndə hey dalımca aglayir O kimdir elə? Deyin mənə -Tapdım tapdım Mənim dəcəl turacım Nazlı balaca bacim Qardaş O mənə deyir bacı Deyir basimin taci Tək ogludur anamin Nəfəsidir atamin O kimdir elə? deyin görək -Tapdım,tapdım Mənim bir tək sirdaşım Canım,əziz qardaşım Baba -Ata deyir ona atam Ata deyir ona anam Nəvələrin cox sevir Hamiya yol göstərir O kimdir elə ? deyin mənə -Tapdim,tapdim... Mənim şirin şəkər babam Nənə -Ana deyir ona anam Ana deyir ona atam Bizlə başı qarışır Hər gün nagil danisir O kimdir elə? deyin mənə -Tapdım tapdım Mənim nağıl noğul nənəm Bibi -Qızım deyir ona babam Qızım deyir ona nənəm Coxlu oyunlar bilir Bizə tapmaca deyir O kimdir elə? deyin bilim -Tapdim,tapdim Mənim dadlı duzlu bibim Əmi -Qardaş,deyir ona atam Qardaş deyir ona bibim Alır bizə oyuncaq Öpür bizi doyunca O kimdir elə? deyin bilim -Tapdım,tapdım Mənim cəsur igid əmim Xala Bacı deyir ona dayim Bacı deyir ona anam Mən hər dəfə nazlananda Deyir ona oxşayıram O kimdir elə? deyin görək -Tapdım,tapdım Mənim gülərüzlü xalam Dayi -Qardaş deyir ona anam -Qardaş deyir ona xalam O kimdir elə? deyin mənə -tapdım tapdım Yer üzündə yoxdur tayi Mənim yaraşıqlı dayim Menim Ailem (Feride IlkCan)
Похожие видео
Показать еще