SON DƏQİQƏ_06.02.2019 - TƏCİLİ XƏBƏRLƏR! HD

06.02.2019
Videonu Bəyənib , Kanala Abunə Olmağı Unutmayın : https://www.youtube.com/channel/UCqURbzyKS2kiZ1ha1xxxV0A ----- Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bir neçə gün öncə daha bir kadr təyinatı həyata keçirib. Sonxeber.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, nazirin əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Elçin Kazımi Çevik Polis Alayının komandiri, general Səhlab Bağırova müavin təyin edilib. E.Kazımi daha əvvəl də Çevik Polis Alayında işləyib, Səhlab Bağırov da "Qorotdel"in rəis müavini olmadan öncə ÇPA-nın komandiri olub. İndi isə hər iki polis zabiti köhnə işinə geri qayıdıb. E.Kazımi bəstəkar Oqtay Kazıminin oğludur. O.Kazımi polis marşı və Çevik Polis Alayının marşını bəstələyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Nazirliyin Milli hidrometeorologiya departamentindən Sonxeber.az-a verilən məlumata görə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18, arabir 20-23 m/s, fevralın 8-də isə şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında fevralın 7-8-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi, fevralın 8-i axşamdan fevralın 12-dək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bizim Prezident İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsi üzrə rəsmi danışıqlarımız hələ başlamayıb". Sonxeber.az "qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyanın "Nemetskaya volna" (" Deutsche Welle") teleradio şirkətinə müsahibəsində bildirib. "Bilirsiniz ki, bu, yalnız bir ön proses, ilkin danışıqlardır. Biz sadəcə görüşür və söhbət edir, danışıqlar prosesinə və tarixinə dair fikir mübadiləsi aparırıq. Hazırda hər iki tərəfin XİN rəhbərləri bizim mümkün görüşün hazırlığı üzərində çalışırlar", - deyə N. Paşinyan qeyd edib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iki qurumuna mətbuat katibləri təyin olunub. Nazirliyin mətbuat xidmətinin rəhəbir Fazil Talıblı Sonxeber.az-a bildirib ki, nazirliyin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinə mətbuat katibi vəzifəsinə Şahin Əliyev təyin edilib. Bundan öncə AzTV, Lider TV, ARB TV və ATV-də müxtəlif vəzifələrdə çalışıb, bır sıra telelayihələrin rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib. Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi vəzifəsinə ATV-nin "Xəbər" proqramının aparıcısı Əsmər Nəcməddinqızı təyin edilib. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının tabeliyindək yaradılan "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) paytaxtda bilavasitə tikinti işlərinin aparılması ilə məşğul olmayacaq. Sonxeber.az xəbər verir ki, BŞİH-dən Unikal.org-a bildirilib ki, yeni yaradılan qurumun əsas fəaliyyəti dövlət vəsaiti hesabına Bakı şəhərind

Похожие видео

Показать еще