“Şahdağ” Turizm Mərkəzi HD
“Şahdağ” Turizm Mərkəzi Əsrlər boyu Azərbaycanın şimal-şərq hissəsi Avropa və Yaxın Şərq arasında qapı funksiyasını yerinə yetirib. Burada – möhtəşəm Qafqaz Dağlarının kölgəsində kəşf edilməmiş gözəlliklər gizlənir. Qədim buzlaqlar, dərin dərələr, heyrətamiz dağ gölləri və kanyonlar, bitki və heyvanlar aləminin ekoloji xəzinəsi… Bu, bütün cəh-cəlalı ilə Şahdağdır! Bu müqayisə olunmaz məkanda regionun ən böyük xizək kurortu, dünyanın isə ən böyük milli parklarından biri yerləşir. Heyrətamiz dərəcədə gözəl, sanki zamandan gizlədilmiş cənnət olan Şahdağ insanlara unudulmayacaq təəssüratlar bağışlayır. “Şahdağ” qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən başlanılıb. Həmin il keçirilən tenderdə dünyanın aparıcı şirkətləri qalib gəlib. Kompleksin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. O vaxtdan görülən işlər nəticəsində “Şahdağ” qış-yay turizm kompleksinə çəkilən avtomobil yolu genişləndirilib, körpülər tikilib, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilib. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır. Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan “Şahdağ” qış-yay turizm kompleksində inşa edilən otellər bu istirahət məkanına marağı daha da artırır. Qonaqların istirahətinin yüksək səviyyədə təmin olunduğu bu otellərdə yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə turizm sektorunun inkişafına xüsusi fikir verilir. “Şahdağ” qış-yay turizm kompleksi Azərbaycanda ilk dağ-xizək kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılır. Şahdağ milli parkının ərazisində salınan bu kompleksin tikintisi ölkəmizdə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradılır. Kanat yollarının çəkilişi qış turizm kompleksinin əsas infrastrukturlarından sayılır. Kompleksdə tikinti işlərini yerli və xarici mütəxəssislərdən ibarət briqadalar ən müasir səviyyədə yerinə yetirmişlər. Kompleksin baş layihəsi dünyada xüsusilə dağ-xizək mərkəzləri üzrə böyük layihələr həyata keçirən İsveçrə-Avstriya şirkəti tərəfindən hazırlanmışdır. Kompleksin ərazisində birinci mərhələdə doqquz kanat yolu çəkilib. Kanat yollarının çəkilişini bu sahədə böyük təcrübəsi olan Avstriya şirkəti həyata keçirir. İlk inşa olunan 982 metrlik məsafəsi olan lift istifadəyə verilmişdir. 2011-ci ildə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 n