"Azərbaycan ordusu Ermənistana daxil olub", Nikol Paşinyan HD

15.11.2021
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün bəyan edib ki, Azərbaycan ordusu Ermənistanın şərq sərhədlərindən içəri daxil olub. O bunu bazar ertəsi bu məlumatla bağlı çağırdığı Təhlükəsizlik Şurasının iclasında deyib. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Paşinyanın bu çıxışı ilə bağlı bildirib ki, “Ermənistan tərəfindən həyata keçirilən təxribatlara cavab olaraq müvafiq tədbirlər” həyata keçirilib. Bir neçə gündür ki, Ermənistan və Azərbaycan arasında hərbi vəziyyət yenidən gərginləşib. Noyabrın 13-də Azərbaycan Şuşa yaxınlığındakı Azərbaycan postunda hərbçilərə "qumbara atıldığını" deyib. Rəsmi açıqlamada deyilir ki, Ermənistan vətəndaşı Norayr Mirzoyan Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan və Rusiya sülhməramlı kontingentinin hərbçiləri istiqamətində əl qumbarası atıb. Sosial mediada hadisə yerindən çəkildiyi iddia olunan videolardan birində hərbi posta avtomobilin yaxınlaşdığı zaman orada duran hərbçilərin yanında partlayışın baş verdiyini görmək olar. Daha bir videoda Rusiya sülhməramlıları bir nəfəri hərbi avtomobilə mindirirlər. Rusiya sülhməramlı kontingenti hadisəyə hələ ki, münasibət bildirməyib. Ermənistan Azərbaycanın ittihamlarını rədd edir və bildirir ki, vəziyyəti Azərbaycanı gərginləşdirib. Azərbaycan Ermənistan silahlı qüvvələrinin noyabrın 15-nə keçən gecə Kəlbəcəri intensiv atəşə tutduğunu bildirib. Azərbaycan Müdafiə Nazirliyi bazar ertəsi yaydığı açıqlamada bildirib ki, Kəlbəcərin Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan ordusunun mövqelərinə "snayper tüfəngi və qumbaraatan da daxil olmaqla müxtəlif çaplı atıcı silahlardan intensiv" atəş açılıb, xəsarət alan olmayıb. Ermənistanın Azərbaycanın bu açıqlaması ilə bağlı şərhi yoxdur. Ermənistan baş naziri Təhlükəsizlik Şurasının iclasında həmçinin müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad edib və onun yerinə baş nazirin müavini Suren Papikyanı təyin edib. İkinci Qarabağ müharibəsindən bəri artıq 4-cü dəfədir ki, Ermənistanda müdafiə naziri dəyişdirilir. Paşinyan deyib ki, "Azərbaycan ordusunun Ermənistanın şərq sərhədlərindən içəri daxil olması" məsələsi dünəndən bəri hökumət rəsmiləri ilə müzakirə edilir. "Müzakirə mövzusu Azərbaycan qoşunlarının Ermənistan-Azərbaycan sərhədinin şərq hissələrinin birində Ermənistan ərazisinə müdaxiləsi faktı olub. Bu günkü iclasın məqsədi müzakirələrimizi yekunlaşdırmaq, eləcə də baş vermiş hadisələr haqqında ictimaiyyətimizə tam məlumat verməkdir", Ermənistanın baş naziri deyib. Paşinyan bildirib ki, vəziyyəti araşdırıb onun təbirincə, Ermənistanın təhlükəsizliyi, ərazi bütövlüyü və suverenliyinin müdafiəsinə yönəlmiş qərarlar qəbul etməyə çalışacaqlar. BBC News Azərbaycanca Xidməti Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr barədə videoları sizə çatdırır. http://bbc.co.uk/azeri Bizi sosial şəbəkələrdə izləyin, şərh yazın və paylaşın: Facebook: https://www.facebook.com/BBCn

Похожие видео