ABŞ sualtı qayığı Rusiyanın ərazi sularına daxil olub? HD

13.02.2022
ABŞ sualtı qayığı Rusiyanın ərazi sularına daxil olmayıb. Bu barədə Penteqonun rəsmi nümyandəsi Kayl Raynes açıqlama verib. “Bizim onların ərazi sularında əməliyyat keçirməyimizlə bağlı Rusiya tərəfinin iddiaları həqiqəti əks etdirmir. Biz beynəlxalq sularda təhlükəsiz hərəkət edirik”,- deyə rəsmi nümayəndə bildirib. Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi amerikanın Virciniya tipli sualtı qayığının Kuril adaları yaxınlığında Rusiya sularına daxil olduğu barədə məlumat yayıb. Bildirilib ki, sualtı qayığın ekipajı ərazini tərk etməklə bağlı tələbə məhəl qoymadığından Rusiya gəmisi müdaxilə etməli olub. Bundan sonra sualtı qayıq sürətlə Rusiya ərazi sularını tərk edib. Hadisə ilə bağlı birləşmiş ştatların hərbi attaşesi Rusiya müdafiə nazirliyinə çağırılıb və ona etiraz bildirilib. https://www.facebook.com/ictimai.tv/ https://www.instagram.com/ictimaitv.official/ https://itv.az/ #İTV #İTVXəbər #ictimaitv #video #televiziya #baku #videolar #itv

Похожие видео