Kaliforniya party... HD

03.08.2016
Deməli, uşağlıq illərimdir, 10-12 yaş olar, maşın dəlisiyəm, körpəlikdən lyuboy düdütü səsindən tanıyıram, amma azarım başqadır, 60-ı illərin amerikanski uzun maşınları üçün sino gedirəm, dost aşna, qohum əğraba ordan burdan avtomobil jurnalları gətirir mənə ki, havalanmayım cavabsız məhəbbətdən. Mən də onlardan səliqəli qayçı ilə maşınların şəkillərini kəsib yapışdırıram rəsm albomlarına, altından da özümə məzəli görsənən cümlələr yazıram ki, tipa bu maşında Hollivud uluduzu ilə gəzmək nə yaxşı olardı, ya nə bilim, Las-Veqasda millionerlər belə maşınlar sürürlər filan, zövq alıram öz kreativliyimdən, uşağlığdan çoxbilmişəm. Birinin də altında yazdım ki, Ey həyat, görəsən nə vaxtsa mənə nəsib olarmı belə avtomobil sürmək, özüdə Amerika yollarında? Amma pioner ağlımla anlayıram ki, bu mümkün olan şey deyil, SSSR-i, Amerika ideolojı düşmən, dəmir pərdə, oyan buyan, amma yazıram da, o vaxt yazanlar çox idi. Nə isə, illər ötdü, zaman keçdı, 2009-cı ildir, Vaçınqtonda yaxınlarım gildəyəm, fikirləşdim ki, gəlmişkən, gedim bir Kaliforniyanı da görüm, həm də silsilə buraxılışlar çəkərəm “Oralar” verilişi üçün, rəhmətlik onda saq idi. Və belə bir plan cızdım - uçuram Los-Anjelesa, oradan da maşın götürüb, Sakit Okean sahili ilə gedirəm San-Fransiskoya qədər, avtobana çıxmıram, balaca şəhərciklərə baxa baxa - Santa-Monika, Santa-Barbara, Santa-Nə-Bilim-Nə, və yadıma o yazım düşdü ki, davay elə o arzumu həyata keçirim, böyük amerikanski avtomobil götürüm kirayə. Əsas tələbim də odur ki, avtomobil gərək həm uzun olsun, həm də skorostı keçirən ruçkası rulun yanında yerləşsin, bu mütləqdir, dəlisiyəm, QAZ-21 yadıma düşür, nostalcik hisslər boğur məni, qiymətlər xalqı boğan kimi. Xulasə, uçdum Los-Anjelesa, gəldim prakata, dedilər ki, bizdə yalnız müasir maşınlardı, siz deyən yoxdur, bir dənə amerikanski uzun var, Byuik, amma o da müasirdir, lap o uzunlardan deyil. Belə söhbətləşirik işçılərlə, birdən içəri qapıdan bir kişi çıxdı, pezəvəng boyda kaçok, muskulları adamın gözünə girir, inanın mənə, qarnındaki kubiklərdən Nardaranda bağ tikmək olar, heç sahilə çıxışı qalmaz, məndən marağla soruşdu ki, sən də dəlisisən? Pah, ürəyimiz açıldı, indi elə dostlaşmışıq, elə dostlaşmışıq, desələr ürəyini ver, şəxsən özüm sinəmdən çıxardaram, bu da canından keçər mənə görə, aferist köpəy oğlu. Bəs qayıtdı mənə ki, lissen maj frend, yox, maj brazer, mənim öz şəxsi maşınım var, sən deyənlərdəndir, gəl gedək göstərim, bəyənsən, verərəm sənə. Gırdik arxa həyətə, baxdım ki, İlahi, bir gözəlçə durub, bax elə bil ki avtomobil olsaydım, bunu özümə arvad edərdim, krılosu şıltaq, faraları ceyrangöz, qoy qabağına ağla, bax elə gözəldir. Aerobus boyda maşındır, baqajnikin yanından kapota çatana qədər tanginəfəs olursan, qabağ patpressin altındaki şitokun üstündə dissertasiya yazmaq olar, başladım sevinməyə. İndi elə sevinirəm, elə sevinirəm, elə bil İdman Nazirliyiyəm, deyiblər k, İslam Oyunları hər il keçiriləcək, ala, bu da əvvəlcədən 10 illik pulu, sevinc cırır

Похожие видео

Показать еще