Anjelika və ya Yojik pirojnasi ( Анжелика или Ёжик) HD
Qızlar axır ki bu videonu youtube da yükləməyə vaxt tapdım , instaqram sehifemde artıq hamı baxıb, bu vudeo qoy elə burda da dursun. Bu pirojna bexteverdi o qədər adi var ki bilmirəm hansını yazım, mən yazım siz necə istəsəniz elə də adlandirin - Anjelika (Анжелика), Yojik (Ёжик), Beloçka(Белочка), Лакомка.. Keçək resepte: (stəkan ölçülərim 200qramliqdi) 5 yumurta 1st pesok 1st smetan (qatıq da olar) 100qr yumsalmiş kərə yağı 2st un 1packa qabartma tozu 1packa vanil Bunların hamısını yaxşıca qarışdırıb liste töküb bişmeye qoyuruq. Duxovka qabaqcadan yaxşı isidilmelidi, 180-200° də 30-35deq bişir. Listi qoyandan sonra duxovkani 20deqiqeden tez açmayın, 20deq dən sonra bişib bismemeyine diş copuyle baxa bilərsiz. Korjumuz bişənə kimi bu arada kremi hazırlayırıq, kremi lap əvvəldən də hazırlayıb soyuducuya qoya bilərsiz. Krem: 1banka squşonka +1packa kərə yagi(200qr) - yaxşıca mikserle çalıb soyuducuya qoyuruq ki özünü tutsun. Korj bişəndən sonra bir az soyumaga qoyuruq, soyuduqdan sonra stəkan ağzı ilə kəsirik, korjum qalin cixdi,nazik cixdi deyib elinizi qorxutmuyun,cox qalin cixani 2ye bölün,nazik çıxanı üst üstə qoyun, artıq qalanları isə əlimizlə ovuruq, ve pirojnanin qiraqlarina üstünə sepmekcun istifadə edirik. Pirojnalari kremliyib ovuntulari sepdikden sonra soyuducuya qoyun ki bir az dinlensin Vee bu qeder.... Nə aydın olmasa buyurun soruşun