"Yollar ayırdı bizi..." - Dadodan Natavana, Emin və hamilə həyat yoldaşı ilə HD

25.01.2019
Azərbaycanın Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilova ilə Böyük Britaniyanın "Hello!" dərgisinə müsahibə verib. BAKU.WS-in məlumatına görə, Emin "Instagram" hesabında "Hello!"dan kadrlar bölüşərək, bunları qeyd edib: "12 səhifəlik gözəl müsahibəyə görə "Hello!"ya təşəkkürümü bildirirəm. Bu, Alyona ilə mənim ilk eksklüziv müsahibəmiz idi. Əlbəttə ki, Rusiyadakı dostlarımıza da qızımızın dünyaya gəldiyi ərəfədə hazırlanan üz qabığına görə dərin təşəkkürümü bildirirəm". Qeyd edək ki, "Hello!" Xalq artistinin həyat yoldaşının hamiləlik fotolarını yayımlayan ilk dərgi olub. Xatırladaq ki, Emin və Alyona Qavrilova 2018-ci il dekabrın 31-də valideyn olublar. Cütlüyün Afina adlı qız övladları dünyaya gəlib. +++ Meyxanaçı İntiqam Rüstəmov ötən gün ağır əməliyyat keçirib. Axşam.az-ın məlumatına görə, ifaçının xəstəxanadan fotoları yayılıb. Onun şəklini müğənni Rəvan Qarayev İnstaqram səhifəsində yayımlayıb. Sənətçi İntiqamın özünü yaxşı hiss etdiyini bildirib. Qeyd edək ki, vəziyyəti ağırlaşan və ayaqları tutulan ifaçı paytaxda yerləşən özəl klinikalardan birinə gətirilib. Mexanaçı bir müddət əvvəl belində yırtıq yarandığından əməliyyat olunub. Əməliyyat səhv edildiyindən İntiqam Rüstəmovun belində olan yırtıq 9 millimetrdən 30 millimetrə qədər yüksəlib. Bu səbəbdən meyxanaçının ayaqları tutulub. +++ Reper Dado Əliyev müğənni həyat yoldaşı Natavan Həbibiyə şeir deyib. Axşam.az-ın məlumatına görə, dicey Kazım Sübhanın ad günündə reper ayağa qalxaraq mikrofonu götürüb və xanımı üçün şeiri söyləyib. "Necə həyatım xoş olar ki, qabağıma çıxan hər şey səni xatırladır. Sanki mənə nəsə deyir, zəng elə barış. Gör məni nə günə saldı məhəbbət, sevgilimdən yox eşitdim. Balaca mübahisəyə görə yollar ayırdı bizi" kimi sözlər şeirdə yer alıb. +++ Xalq artisti Rafiq Hüseynov (Rəmiş) xəstəxanaya yerləşdirilib. Axşam.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ağır xəstəlikdən əziyyət çəkən gitara ifaçısı qonaq olduğu “Səni axtarıram” proqramından birbaşa klinikaya göndərilib. Aparıcı Xoşqədəm Hidayətqızı bildirib ki, veriliş heyəti 74 yaşlı musiqiçinin müalicəsini öz üzərinə götürüb. Bu məqamda qeyd edək ki, Rəmişin xəstə olması barədə ilk dəfə prodüser Tarix Əliyev (Tolik) “Hər şey daxil” proqramında məlumat vermişdi. O, ifaçının müalicə xərcinin 10 min manat olduğunu açıqlamışdı. +++ Əməkdar artist Mətanət İsgəndərli "Şou ATV" verilişində açıqlaması ilə diqqət çəkib. Axşam.az-ın məlumatına görə, müğənni nəvəsi Ruhlanın İstanbulda itdiyini, daha sonra tapdıqlarını bildirib: "Getmişdim qızım Ülkərin yanına Türkiyəyə. Nəvəm Ruhlanı da aparmışdım. Uşaqla çox çətin idi. 15 gün qaldım orada. Nəvəm orada itmişdi. Nələr çəkdim... Düz dənizin kənarında itdi. deyirəm, gedib dənizə düşüb. Bir Allah bilir nələr keçirdim". +++ Əməkdar artist Abbas Bağırov bir neçə ay öncə dünyaya gələn oğluyla fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi sosial media hesabındakı fotosuna “Allahımızın hər anına şükür olsun. Allah bu hissi arzusunda olanla

Похожие видео