N.A.D.O. ft. Gunay - Gizli Sevgi / Klip (söz: N.A.D.O. musiqi: Neyman Mustafazadə)

23.12.2012
Rep mətni: Əbədi olaraq silinməz xatirəm oldun Ürəyimin dərinliyinə doldun Hər anım, hər bir dəqiqəm oldun Amma bir göz qırpımında soldun Niyə bilə oldu, heç özüm də bilmədim Eşitdim, gördüm bilərəkdən dinmədin Bəlkə də susmağım günahım idi Bircə xırda səhv hər şeyi sildi Könüldən silinən hər anın izi qalır Məhəbbətin özü gedir, sözü qalır Yanan qəlblərin yerində közü qalır Gözlərində əks olunmuş üzü qalır Nədənsə özümə söz keçirə bilmirəm Yaşananları geriyə ötürə bilmirəm Nifrət edə bilmirəm, səbəb məhəbbətindi Sən demə, ayrılmaq qovuşmaqdan da çətindi *** Get deməyə iradəm çatmır Bu hislər məni rahat buraxmır Anlamıram qəlbimin döyüntüsünü İnan, söyləyirəm sənə düzünü Dinlə məni, çalış oxu ürəyimi Bəlkə sən başa düşəsən üzüntülərimi Hiss et məni, aldığın nəfəsin kimi Yaşamaq həvəsin kimi Anla hislərimi - əzablı dərdimi Nəqarət: Aramızdakı məsafə uzaqdır inan, mənə yaman Yanımda hiss edirəm sanki səni düşünən zaman Bu sözləri qələm yox, qəlbimdir sənə yazan Bilmirəm bu sevgidir yoxsa həvəsdir Rep mətni: Gəl unudaq xoşa gəlməz anları Unudaq keçmişdə yaşananları Uzun bir həyat yolu keçdik səninlə Getdiyin yerə apar məni də özünlə Bəlkə yenidən başlayaq hər şeyə Axı hər şeyi silə bilmərik bir şeyə görə Bilirəm, bəzi anları silmək olmur Amma hələ nə olacağını da bilmək olmur Bəlkə hər şey əvvəlkindən də yaxşı olacaq Ümidlərimiz biri - birinə qovuşacaq Bizim də bəxtimiz nə vaxtsa oyanacaq Şər qüvvələrin təsiri dayanacaq Üzümüzə güləcək işıqlı gələcək Qara bulud səmadan çəkiləcək Sönəcək ağ - qara işıqlar birdən - birə Göydən yerə qədər hər şey dəyişəcək *** Get deməyə iradəm çatmır Bu hislər məni rahat buraxmır Anlamıram qəlbimin döyüntüsünü İnan, söyləyirəm sənə düzünü Dinlə məni, çalış oxu ürəyimi Bəlkə sən başa düşəsən üzüntülərimi Hiss et məni, aldığın nəfəsin kimi Yaşamaq həvəsin kimi Anla hislərimi - əzablı dərdimi Nəqarət: Aramızdakı məsafə uzaqdır inan, mənə yaman Yanımda hiss edirəm sanki səni düşünən zaman Bu sözləri qələm yox, qəlbimdir sənə yazan Bilmirəm bu sevgidir yoxsa həvəsdir Rep mətni: Bəlkə də ayrılmağımız yaxşı olar Bəlkə ondan sonra günəşimiz doğar Deyəsən imtahan idi yaşadıqlarımız Sınağa çəkdi bizi tanrımız Çox güman ki yolumuz ayrılacaq Qismətdə necə yazılıb, elə də olacaq Ola bilsin ürəyimiz birgə döyünür Amma ikimizə də ayrı - ayrı yollar görünür "Gizli sevgi" (söz: N.A.D.O. musiqi: Neyman Mustafazadə)

Похожие видео

Показать еще