BÜTÜN YOLLAR QARABAĞA APARIR! HD

04.06.2019
BÜTÜN YOLLAR QARABAĞA APARIR! 31.05.2019-cu il tarixində Bakı şəhəri Sabunçu rayonu 187№li məktəbdə “BÜTÜN YOLLAR QARABAĞA APARIR!” adlı yekun-hesabat tədbiri keçirilmişdir. Yekun-hesabatı təqdim edən 187№li məktəbin Tarix müəllimi Bağırov Eldar idi. Eldar müəllim bu tədbir vasitəsi ilə 2018-2019-cu tədris ilində gördüyü işlər barəsində yekun-hesabat təqdim etmişdir. FUTBOL— Bildiyiniz kimi 18.12.2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsi 74 saylı tam orta məktəbin mini-futbol meydançasında “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibətilə Sabunçu rayon təhsil müəssisələrinin müəllimləri arasında mini-futbol üzrə turnirə başlanılmışdır. Turnirdə rayonun 38 məktəbi üzrə 149 müəllimdən ibarət 16 komandanın iştirakı nəzərdə tutulmuşdur. Turnirin qalibi 187 nömrəli məktəbin komandası oldu GENDER—28 fevral 2019-cu il tarixdə məktəbdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Gender zorakılığı-cəmiyyətimizin faciəsi” adlı layihənin növbəti tədbiri keçirilmişdir. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri Rəna Fərəcova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) ixtisaslaşmış müşaviri Lamiyə Zeynalova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Maştağa qəsəbəsinin tam orta məktəblərinin direktorları, müəllimlər, məktəblilər və valideynlər iştirak edirdilər. C. CABBARLI—15 mart 2019-cu il tarixdə məktəbdə görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Mən bir sönməz ulduzam ki, daim işıq saçaram” adlı ədəbi-bədii gecə keçirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Dilşad Xəlilova, tarix müəllimi Eldar Bağırov və məktəb xorunun rəhbəri əməkdar artist İsmayıl Ələkbərovun hazırladıqları gecədə Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr olunmuş şeirlər söylənildi, ədibin əsərlərindən səhnəciklər göstərildi, sözlərinə yazılmış mahnılar ifa edildi. KİM? NƏ? HARADA?-- may ayının 4-də Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə Sabunçu məktəbliləri arasında Kim? Nə? Harada? intellektual yarış keçirildi. 28 №li məktəbdə təşkil olunmuş zona yarışında biz qalib olduq rayon turuna vəsiqə qazandıq. Mayın 6-da təşkil olunmuş rayon mərhələsində uğurla çıxış etdik. Düzdür qaliblər sırasında olmasaq da məktəbimizi layiqincə təmsil etdik. REFERAT— 01.04.2019-cu ildə 72 №li məktəbdə "Heydər Əliyev və Azərbaycan tarixi

Похожие видео

Показать еще