Узбекская певица Шахзода cняла клип по мотивам фильма Гайнана - Свекровь
Adı gələndə gözümüzün önündə Nəsibə xanım Zeynalovanın canlandığı məşhur "Qayınana" filmi 1978-ci ildə ərsəyə gəlib. Bütün mənbələrdə qeyd olunur ki, musiqili film Məcid Şamxalovun "Qayınana" pyesinin motivləri əsasında, Əjdər İbrahimovun və Marqarita Maleyevanın ssenarisinə çəkilib. Rejissoru Hüseyn Seyidzadə, bəstəkarı Tofiq Quliyevdir. "Qayınana" pyesi isə ilk dəfə 1957-ci ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Teatrında səhnələşdirilsə də, 1964-cü ildə Məcid Şamxalovun imzası ilə çap olunub. 1974-cü ildə isə bu məşhur komediyaya bəstəkar Zakir Bağırov musiqi bəstələyib. www.facebook.com/groups/pashayev.shakir.Avrasiya.One.Star/