Turan Inkisaf Merkezi
Gəncə şəhərinin 4 min illik tarixinin, mədəniyyətinin təbliği istiqamətində tədbirlər davam etdirilir. Bununla bağlı şəhərin 46 orta ümumtəhsil məktəbləri arasında keçirilən bilik yarışmasının bu gün final mərhələsi keçirilib. Layihenin Rehberi Teymur Eliyev bildiribki: Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə şəhər İcra Hakimiyyəti, şəhər Təhsil İdarəsi, "Odlar Yurdu" Gənclər İB və "Turan" İnkişaf Mərkəzinin təşkilatçılığı Bilik yarışı təşkil olunub. "Ən çox bilən" bilik yarışmasında 10 məktəb finala vəsiqə qazanıb. 9-10-cu sinif şagirdlərinin və məktəb direktorlarının iştirak etdiyi yarışın final mərhələsi 3 hissədən ibarət olub. 2 saatdan çox davam edən yarışma nəticəsində 17, 33 və 25 saylı orta mətkəb komandaları ilk üç yeri bölüşüblər. Yarışma sonunda qalib komandaya fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.