"Turizm Tədqiqatçılarının Görüşü" mövzusunda seminar HD
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) təşkilatçılığı ilə "Turizm Tədqiqatçılarının Görüşü" mövzusunda elmi-tədqiqat xarakterli seminar keçirilib. Tədbirdə Böyük Britaniya və İtaliyanın ali təhsil müəssisələrinin tədqiqatçıları, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (DTA) və Mingəçevir Turizm Kollecinin nümayəndələri, eləcə də ATMU-nun müəllim və tələbə heyəti iştirak edib. Seminarın keçirilməsində əsas məqsəd xarici tədqiqatçılar və ATMU heyəti arasında elmi mübadilənin təşviqi eləcə də, turizm və qonaqpərvərlik təhsili sahəsində tədqiqat mexanizmlərinin inkişafı haqqında nəzəri və praktik əhəmiyyət kəsb edən tövsiyələr irəli sürməkdir.