Leyla - Məni axtar darıxanda

12.10.2017
Rəsm: Qənbər Qənbərli Şeir: İlqar Fəhmi Məni axtar Məni axtar darıxanda Səni qəm-qüssə sıxanda, Yorulub sərsəm həyatdan Gözünün yaşı axanda... Məni axtarma hər axşam, Yığışıb şənlik edəndə, Yenə də barda, kafedə Ötəri gün keçirəndə... Məni axtar darıxanda. Dadı şit qəhqəhələrdən Bezikib təngə gələndə, Taparaq nəysə bəhanə Yenə küncə çəkiləndə. Məni axtar. Məni axtar darıxanda. Bir həzin mahnı səsindən Qədəhin əldə donanda, Sürüşüb donmuş əlindən Düşərək, yerdə sınanda. Məni axtar. Məni axtar darıxanda. Çıxıb hay-küylü salondan Dayanıb fikrə gedəndə, Kafenin boş foyesində Siqaret tüstülədəndə Məni axtar. Məni axtar darıxanda Məni axtar gecəyarı Yolunu taksi kəsəndə, Dayanıb yol kənarında Büzüşüb tir-tir əsəndə. Məni axtar, Məni axtar darıxanda. Küçədə, yolda yağışlar Sevişəndə, gülüşəndə, Maşının pəncərəsindən Üzünə damcı düşəndə, Məni axtar. Məni axtar darıxanda. Məni axtar boş otaqda Yoluna gölgə çıxanda, Soyumuş güzgüdə bir qız, Sənə hiddətlə baxanda. Məni axtar. Məni axtar darıxanda. Məni axtar darıxanda Səni qəm-qüssə sıxanda. Yorulub sərsəm həyatdan Gözünün yaşı axanda. Məni axtar. Məni axtar darıxanda. Çıxmaram bircə sözündən Səni allam yer üzündən, Çəkərəm mavi səmaya Öpərəm nəmli gözündən...

Похожие видео

Показать еще