Uzaq Sahillerde: Trdelnik ve ya Kurkosh Shirniyyati
Trdelnik və ya Kürkoş Şirniyyatı. Bu gün Sizlərə Trdelnik və ya Kürkoş adlanan şirniyyatdan danışmaq istəyirəm. Belə ki, ilk dəfə bu şirniyyatı 4 il əvvəl Praqa şəhərində dadmışdım və o zamanda bəri gəzdiyim bütün avropa ölkələrində Trdelnik axtarırdım. Berlində olan zaman Octoberfest-də tapmışdım lakin alıb yeməyə zamanım olmadı və bütün fikrim o Trdelnikdə qaldı. 10 gün öncə isə Rumıniyanın Sinaia şəhərində olan zaman şəhərin mərkəzi küçəsində gəzərkən təsadüfən Kürkoş satılan köşkə rast gəldim və sevindiyimdən üçurdum. Keçək maraqlı məlumatlara: 1. Trdelnikin vətəni bir neçə ölkə hesab olunur. Bunlar Çex Respublikası, Slovakiya, Macarıstan, Rumıniya. Əlbətdə, hər bir ölkə bildirir ki, bu dadlı şirniyyat onlara məxsusdur :D Şirniyyatın hazırlandığı ölkələrdən aslı olaraq fərqli adları var. Belə ki, videonu Rumıniyanın Sinai şəhərində çəkmişəm və onlar Kürkoş adlandırırlar. Çex Respublikasında isə Trdelnik adlanır. 2. Bizimkilər ən böyük tort, ən böyük paxlava həvəskərı oldulqarı kimi, Çexiyadada hər il dünyanın ən böyük Trdelniki hazırlanır. Hər il də öz Ginnes redkorlarını yeniliyirlər. 3. Bu çox dadlı şirniyyat toplamda 550 kkal-dir. Bu isə elə belə :D xanımlar üçün xəbəriniz olsun ki, bir dəfəlik hamısnı yeməyəsiz deyə:D Bu şirniyyatsız Çexiyada heç bir yarmarka, tədbir keçmir. Eyni zamanda Praqda, Brnoda və bir çox şəhərlərin mərkəzi meydanlarında Trdelnik satılan köşklərə rast gələcəksiz. Trdelnik şəkərli-qozlu, şəkərli-darçınlı və sadə olur. Mütləq dadına baxın çox dadlıdır və dondurma ilə də yeyə bilərsiniz. İndi isə Ən Maraqlısı Trdelnikin hekayəsi Belə ki, illər öncə bir Çex şirniyyatçı olur və onun qızının üzü xəstəlikdən sonra öz gözəlliyini itirir. Bu ərəfələrdə isə Şirniyyatçı şəhərin mərkəzində baş tutacaq yarmarkaya hazırlaşır. Çex yarmarkalarında Şirniyyat köşklərində satıcı olaraq gözəl xanımlar çalışır ki, gözəllikləri ilə isanları cəlb etsinlər. Bu səbəbdən Şirniyyatçı çox fikirli idi, düşünürdü ki, onun hazıladığı çörəkləri almayacaqlar, bu məsələləri götür qoy edən zaman birdən baxır ki, qızı trdlo ilə oynayır və fikir verir ki, qızının çox gözəl və nəcib əlləri var. (Trdelnik adı isə onun hazırlanmasında istifadə olunan o uzun silindir formasında olan taxtalar ilə əlaqəlidir, Çex dilində onlar Trdlo adlanır.) O zaman Şiriyyatçının ağlına Trdelnik hazırlamaq gelir və beləliklə o qızı ilə yarmarkaya yollanır və orada bu dadlı və yeni şirniyyat hərkəs tərəfindən rəğbət ilə qarşılanır və ən əsası da ətrafdakı insanlara Trdelnikin hazırlanma prosesi o qədər maraqlı gəlir ki, heç Şirniyyatçının qızının üzünə fikir vermirlər. Beləliklə, bu möhtəşəm və dadlı şirniyyat ərsəyə gəlir.