DİQQƏT! Ramazan bayramına qədər bu videoya mütləq baxın HD

07.05.2021
DİQQƏT! Ramazan bayramına qədər bu videoya mütləq baxın “O vaxtlar Ramazanda...” Yəqin ki, bu sözü çox eşitmisiniz. Əsas da, baba-nənələrimizdən eşitdiyimiz bu sözlər nə anlama gəlir? Əlbəttə ki, illərlə unudulan Ramazan ənənələrinin kövrək xatirələrinin yaddaşlarda canlanmasına... Bəs, bu ənənələr hansılarıydı? “O vaxtlar Ramazanda...” nə baş verirdi? Bugünkü videoda babalarımızın, nənələrimizin xatirəsindəki Ramazana qayıdacağıq. Bu ənənələrdən biri imsakda mütləq süfrədə plov olmasıydı. Bəli, bəli, indi mütəxəssislərin imsak menyusuna daxil etmədiyi plovlar o vaxtlar hər öynədə ürəklə yeyilə bilirdi. Sadəcə, bir önəmli nöqtə vardı ki, onu yada salmalıyıq. İftardan qalan plov imsakda içinə azca qaynamış su qatılaraq təkrar isidilir, yumşaq və ilıq halda yeyilirdi. Üstünə əlavə yağ və ya aşqara qoyulmurdu. Bu plovu yeyən babalarımız da imsak süfrəsindən birbaşa iş başına-tarlaya, örüşə, dükana yollanır, günün ilk saatlarında aktiv hərəkətdə olurdu. Beləcə, “O vaxtlar Ramazanda...” imsakda plov yeməklə kökəlmək dərdi yox idi... İkinci ənənə imsak vaxtı qonşuları, qohumları oyadanların olmasıydı. Yəqin ki, indi hamınız qardaş Türkiyədəki davulcular haqqında məlumatlısınız. Vaxtilə bu ənənə bizdə də olub. Düzdür, dəqiq mənbə yoxdur ki, qonşusunu, qohumunu imsaka oyatmağa gələn mütləq davul, nağara çalırdı. Amma yaşlılarımızın dediyinə görə, “o vaxtlar Ramazanda...” imsaka oyatmağa gələnlər olurdu. Və onlar bayatı çəkər, nəğmələr oxuyar, yuxunun şirin yerində olanları elə şirin dillə də oyadırlarmış. Həmin adamlara da evdəki yeməklərdən, şirnilərdən pay çıxılar, əl dəsmalı, bir cüt corab kimi kiçik hədiyyələr verilərdi. Ramazan, həm də, yardımlaşma ayıydı... Varlılar kasıblara gizlincə əl tutar, bazarlıq edib evlərinə göndərirdilər. Düzdü, indi də bu köməklər edilir, amma əvvəllər bu ənənə tamam fərqliydi. İndi kimsə bir varlı cibinin ağzını azca aralayır, bir-iki nəfərə nəsə edir, onu da ya mətbuatın gözü önündə, ya da elə özü bir əlində telefonla çəkə-çəkə edir. “O vaxtlar Ramazanda...” belə deyildi; varlılar kasıblara elə gizlincə kömək edər, elə ehmalca əl tutardılar ki, heç o kasıbın özü də bilməzdi qapısına bazarlığı kim qoyub. Kasıbların yaşadığı məhəlləyə gedib dükançının dəftərindəki bütün nisyələri bağlayanların da kimliyini bircə dükançı bilirdi. Həmin dükançı da əlində dəftəri küçəyə çıxar, ucadan dua oxuyar: “Bu gün heç kimin borcu yoxdur, çox şükür!”-deyərdi. Beləcə, hamı bilərdi ki, hansısa xeyirxah insan onların borclarını bağlayıb. “O vaxtlar Ramazanda...” “diş kirəsi” deyilən bir anlam daha vardı. Bəli, səhv eşitmədiniz: “diş kirəsi...” Ramazan süfrəsi təkcə ailə arasında açılmırdı o vaxtlar... Qohumların, qonşuların bir süfrə başında toplanmasıydı Ramazan. Bu ayda qapılar, darvazalar bağlanmır, yoldan keçənlər də süfrəyə dəvət edilərdi. Hətta, varlılar həmişə ailə üzvlərinin sayının ikiqatı miqdarında yemək bişirir, böyük süfrə qurardılar ki, kasıblar da ürəklə bu süfrənin kənarında əyləşə bilsin. Başqa vaxt varlıların

Похожие видео

Показать еще