Qarabağdakı ermənilər xaricə gedə bilməyəcəklər - Baku TV HD
Qarabağdakı ermənilər xaricə gedə bilməyəcəklər - Baku TV Ermənistanda pasportlarla bağlı dəyişiklik təklif edilir. “Azadlıq Radiosu”nun erməni xidmətinin verdiyi xəbərə görə, bu, Qarabağdakı separatçıların narahatlığına səbəb olub. Çünki yeni pasportlarda doğum yeri kimi şəhər yazılacaq. Qarabağ separatçıları isə hesab edirlər ki, bu, xarici ölkələrə gedəndə onlar üçün problem yarada bilər. Çünki Ermənistan əhalisinin də, Qarabağda yaşayan separatçıların da pasportları eynidir. Onlar xaricə Ermənistan vətəndaşı kimi viza alıb gedirlər. Pasportda doğum yeri Xankəndi yazıldıqda isə onlara viza verilməyəcək. Çünki ölkələr Xankəndini Azərbaycan ərazisi hesab edirlər. Qarabağ separatçılarının qondarma daxili işlər naziri David Babayan dəyişikliyə etirazını belə bildirir: “İndiki variant daha yaxşıdır. Bu, gərək müzakirələrdə nəzərə alınsın. Doğum yeri kimi Ermənistan respublikası yazılması ən yaxşı variantdır. Ola bilər ki, bəzi vətəndaşlar pasportlarında doğulduğu şəhəri, kəndi qeyd edəndə viza ala bilməsinlər. Bu məsələlərlə bağlı bizim böyük problemlərimiz var”. Layihənin müəllifi pasport və viza idarəsinin keçmiş rəisi Mnasakan Biçaxcan deyir ki, vətəndaşa seçim veriləcək ki, pasporta ya yaşadığı ərazini, ya da doğulduğu yeri qeyd etdirsin. Qarabağ separatçıları isə həttə bu seçimdə belə problem görürlər. Dəyişikliyin müəllifi Biçaxcanın sözlərinə görə, onlar artıq təklifə Xarici İşlər Nazirliyindən müsbət cavab alıblar. _ Pulsuz Elanlar:https://www.tut.az Website: https://www.baku.tv Bizi izləyin: https://bit.ly/2Y75DEU **** Bizi Sosial Şəbəkələrdə izləyin Facebook: https://www.facebook.com/www.baku.tv Instagram: https://www.instagram.com/__baku_tv__ Tiktok: https://vm.tiktok.com/ZSedJCFK8 **** Kanalımızın məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri Azərbaycan və Rus dillərində geniş auditoriyaya çatdırmaqdır **** 2018/2021 © All Rights Reserved ℗ Baku TV #BakuTv #Azerbaycan #trend
Похожие видео
Показать еще