İngiliscə danışıq kursu - 10 cu dərs - Would you like HD

30.01.2020
Ağıllı Qələmi əldə etmək üçün 0554321478 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Would you like … ? = Do you want … ? Biz “Would you like … ?” ifadəsini kiməsə nəsə təklif etmək üçün istifadə edirik. Məsələn: – “Would you like some coffee?” “Yes, please.” – “Qəhvə istəyirsiniz”? “Bəli, zəhmət olmasa”. – “Would you like a cigarette?” “No, thank you. I don’t smoke.” – “Siqaret çəkmək istəmirsiniz”? “Yox, çox sağ olun. Mən çəkmirəm”. – “What would you like, tea or coffee?” “Tea, please.” – “Nə istəyirsiniz, çay və ya kofe”? “Çay, zəhmət olmasa”. Unit 30. Would you like …? Biz Would you like to … ? ifadəsini kimisə harasa və nəyəsə dəvət emək üçün istifadə edirik. Məsələn: – Would you like to come to a party? – Qonaqlığa getmək istəyirsiniz? – “Would you like to have dinner with me on Sunday?” “Yes, I’d love to. (= I would love to have dinner with you.)” – “Bazar Günü mənimlə nahar etmək istərdiniz”? “Bəli, Mən çox istərdim. (Mən sizinlə nahar etmək istərdim)” – Where would you like to go this evening? – Bu axşam hara getmək istəyirsiniz? I’d like (I would like) ifadəsi “I want” ifadəsinin nəcib formasıdır: – (restorantda) I’d like fish, please. – Mənə balıq gətirin, zəhmət olmasa. – I’m thirsty. I’d like a drink. – Mən susamışam. Mən içmək istərdim. – I’d like to watch the film on television this evening. – Mən bu axşam televizorda film izləmək istərdim.

Похожие видео

Показать еще