"Qaz-31"ə 2 inək, 1 buzov və 10 qoyun yerləşdirib
Minik avtomobilinə ikisi iri buynuzlu olmaqla 13 heyvan yerləşdirib. İki inək, 1 buzov salonda, 10 qoyun yük yerindədir. Özü də bir vaxtların xarizmatik xidməti avtomobili sayılan Qaz-31-ə. Goranboy sakini Elxan Xankişiyev Bərdə bazarından aldığı heyvanları minik maşınında aparalı olub. Heyvanları elə yerləşdirib ki, görənlər heyrətə gəlkib. 13 baş heyvandan ikisinin iri buynuzlu olması ona mane olmayıb. İnəkləri avtomobilin salonuna, qalan 10 qoyunu isə yük yerinə yerləşdirib. Ancaq bu hələ son deyil. O, yük yerinə daha iki qoyun sığdırmağın mümkün olduğunu deyir. O, bütün bunları əlavə xərcə düşməmək üçün edib. Dediyinə görə heyvanlarını həmişə belə öz avtomobilində aparıb gətirir. Elxan Xankişiyev bazarlığını qurtarandan sonra qeyri-adi təşəbbüsünə daha bir maraqlı addımla son verir. Balaca buzovu da avtomobilin ön oturacağıa mindirib rayonuna istiqamət alır.