QAZ LİMİTİ LƏĞV EDİLİR? HD

22.01.2021
Bizi soial şəbəkələrdə izləyin Facebook: https://www.facebook.com/Mediator.xeber/ İnstagram: https://www.instagram.com/mediator_az/ Telegram: https://t.me/mediator_az ------ “Son bir ay ərzində dördə yaxın “Azəriqaz” işçisi qanun pozuntularına yol verdiyi üçün ərizəsi alınıb”. Bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev qanun pozuntularına yol verən qurum əməkdaşları ilə bağlı danışarkən deyib. O bildirib ki, təkrarlanan hallar baş verdikdə qurum müvafiq hallarla bağlı araşdırma aparır: “Qanun pozuntusuna yol verən işçilərin isə ərizəsi alınır”. Qaz limitləri ilə bağlı qurumun baş direktoru bildirib ki, qazın dəyəri nəzərə alınaraq, ona limit təyin olunub və qazın limitinin ləğv edilməsi ilə bağlı məsələ bu gün gündəmdə deyil: “Həmçinin Mənzil Tikinti Kooperativlərinin rəhbərindən şikayət edən şəxslər bununla bağlı müraciət ünvanlayaraq, dəyişiklik olunmasını tələb edə bilərlər”. “Son zamanlar sayğacların sərfiyyatı artıq göstərməsi ilə bağlı mediada və sosial şəbəkələrdə məlumatlar var. Əvvəldən ödənişli sayğaclar mövcud idi. Daha sonra mexaniki-elektron tipli sayğaclar quraşdırılmağa başlanıldı”. “Lakin, hər hansı narazılıq mövcuddursa, abonentlərimiz öz müraciətlərini edə bilər və biz onların razılığı ilə sayğaclarına baxış keçirə bilərik. İndi Almaniyanın daha müasir 200 sayğacını Bakı şəhərində quraşdırmışıq. Artıq 30000 ədəd smart-kart tipli sayğac bizə təhvil verilib”.

Похожие видео

Показать еще