Kəlbəcərdən çıxdığı QAZ-69-la Kəlbəcərə dönən sakin HD
Məhərrəm Rzayev 1993-cü ildə Kəlbəcərdən özünə məxsus QAZ-69 avtomobili ilə çıxmışdı. Evdən çıxarkən də heç nə götürməmişdi. Kəlbəcərdən ona qalan sadəcə evinin açarları, avtomobili və bir də xatirələri idi. Amma inamı o qədər güclü olub ki, həmin avtomobilini hər gün təmizləyib ki, nə vaxtsa Kəlbəcərə bu maşınla qayıdacaq. Xəyallar bəzən gerçək olur axı. Məhərrəm Rzayevi Kəlbəcərdən çıxardan avtomobil düz 27 il sonra onu Kəlbəcərə qaytarıb. Bir insan taleyinin hekayəsi Xuraman Əzizovanın süjetində. https://www.facebook.com/ictimai.tv/ https://www.instagram.com/ictimaitv.official/ https://itv.az/ #İTV #İTVXəbər #ictimaitv #video #televiziya #baku #videolar #itv
Похожие видео
Показать еще