Saurma hazirlanmasi (Evdə orjinal Şaurma hazırlanması) HD
"Şaurma" və ya "şavarma" ərəb xüsusən də Livan mətbəxinin asan yeməyi sayılır. Əslində isə bu söz türk kökənlidir. Şaurmanın bir çox hazırlanma qaydası var. Ona xüsusi ləzzəti isə lavaşın içərisinə sürtülən sous verir. Ən sadə şaurmanı hazırlamaq üçün bizə lazımdır: 1 ədəd toyuğun döş əti 2 ədəd qalın lavaş 2 ədəd pomidor 3 x/q mayonez 2 x/q xama 3 ədəd turşu xiyar 1 diş sarmısaq Hazırlanma qaydası: Toyuğun ətini kiçik hissələrə doğrayıb, üzərinə su əlavə edib bişiririk. Suyu quruyana yaxın üzərinə duz, istiot səpib ocaqdan götürürük. Pomidoru və Xiyarları üzünsov doğrayırıq. İndi keçək sousun hazırlanmasına. Xama, mayonez və xırda doğranmış sarmısağı qarışdırıb, lavaşın içərisinə sürtürük. Üzərinə toyuq, pomidor və turşu xiyarları səpirik. Zövqə görə duz və istiotlayırıq. Tosterin içərisində lavaşlar biraz qızaranadək saxlayırıq. Tosteriniz yoxdursa sobanın dəmirinin üstünə qoyub, 5 dəqiqə bişirə bilərsiniz. Şaurma hazırdır! NUŞ OLSUN! #trend #baku #saurma #shaurma #doner Cooking Cook #cooking #cook --------------------------------------------------------------------------- İnternet ünvanı: https://zolaq.blogspot.com/ Youtube ünvanı: https://www.youtube.com/c/ZolaqTV Facebook ünvanı: https://www.facebook.com/zolaqtv Dəstək üçün: https://www.donationalerts.com/r/dashqinbabayev ----------------------------------------------------------------------------