TON BALIKLI SALATA | SUNA İLE ROZA ZƏRGƏRLİ | TUNA BALIQLI SALAT HD

17.06.2019
Bu gün sizin üçün Azərbaycan incəsənətinin ən gözəl xanımlarından və ən gözəl səsə malik müğənnilərindən biri olan Roza Zərgərli ilə tuna balıqlı salat hazırlayacağıq. Qonağım adı kimi gözəl olan Roza Zərgərlidir. Bəs bizə salat üçün lazım olan ərzaqları haradan alırıq? Təbii ki, Bravo marketdən! Yeri gəlmişkən, onu da deyim ki, Bravo marketlərdə müxtəlif məhsullarda müxtəlif endirimlər sizi gözləyir. İndi isə yeməyə başlayaq. Roza Zərgərli hazırlayacağaq. Əvvəlcə tuna balığını dərin bir qabda əzməyə başlayırıq. Roza Zərgərli deyir ki, həyata yenidən gəlsəm, mən də aşpaz olardım. Tuna balığından sonra əvvəlcədən hazırladığımız qırmızı lobyaları əlavə edirik. Kahımızı doğramağa başlayaraq həmin qaba tökürük. Daha sonra yaşıl soğanlarımızı doğrayırıq. Onu da qaba əlavə edirik. Digər tərəfdə bildirçin yumurtalarını qaynamağa qoyuruq. İndi isə pomidor və xiyarı doğramağa başlayırıq. Doğradığımız bütün məhsulları qaba əlavə edərək yaxşıca qarışdırırıq. Yumurtalarımız artıq yaxşıca qaynayıb, onları götürürük. Yumurtalarımızı da doğrayırıq və qaba əlavə edirik. Üstünə limon sıxdıq, istiot və duz əlavə etdik. Zeytun yağını da unutmayaq. Ən sonda isə salatımızı servis üçün böyük bir boşqaba tökərək, limon dilimləri və reyhan ilə bəzəməyə başlayırıq. Salatımız hazırdır. Tuna salatı və ya tuna balıqlı salat. Bu salata həmçinin avokado da əlavə edə bilərsiniz. Siz də bu reseptlə tuna balıqlı salatınızı hazırlayın və #sunaile həştaqı ilə mənimlə bölüşün. Nuş olsun. Bıy-bıy! Tərkibi / Malzemeler: * Kahı / Marul * Yaşıl soğan / Taze soğan * Xiyar / Salatalık * Pomidor / Domates * Limon / Limon * Bildirçin yumurtası / Bıldırçın yumurtası * Reyhan / Fesleğen * Qırmızı lobya / Kırmızı fasulye * Tuna balığı / Ton balığı * Duz / Tuz * İstiot / Karabiber * Zeytun yağı / Zeytinyağı Xoş və ləzzətli seyrlər! Beni takip edebilirsiniz: Instagram: http://instagram.com/sunakasimoglu Facebook: https://www.facebook.com/sunakasimogluu/

Похожие видео