Suşi
Yapon mətbəxindən suşi... Hər cür yemək çeşidləri ilə dünya xalqlarının sevimlisinə çevrilən Yaponiya mətbəxi ölkəmizdə də maraqla qarşılanır. Yapon yeməklərinin tərkibində orqanizm üçün faydalı olan bütün vitamin və minerallar var. Bunun sayəsində artıq çəkidən azad olub, dırnaqlar, saçlar və dişlərin vəziyyətini yaxşılaşdırmaq, hamar və gözəl dəriyə sahib olmaq olar. Onların bişirilmədən hazırlanması yeməklərin tərkibində bütün faydalı amid turşuları və mikroelementlərin qorunub saxlanılmasına şərait yaradır. Bu mətbəxin ən tanınmış təamlardan biri olan “Suşi”, italyan pizzasının məşhurluğu ilə müqayisə oluna bilər. Araşdırmalar nəticəsində məlum olub ki, ilk vaxtlar suşi kasıb təbəqəyə aid insanların yeməyi sayılırdı. Lakin illər sonra hər şey dəyişdi və indi suşi delikatesə çevrilməyi bacarıb. Sirac Əhmədov-mütəxəsis:Bildiyiniz kimi Suşi dəmir və proteinlə zəngin olanbir yeməkdir. Dünya əhalisinin 95 faizinin sevdiyi, seçdiyi və hər zaman gündəlik yeməklərinə daxil etdiyi bir yemək növüdür. 1300 illik bir tarixi ənənəyə malik olan suşini Tanrının bəxş etdiyi hər bir nemətdən hazırlamaq mümkündür. əslində insanlar arasında yanlış təsəvvür var ki bu yemək təzə balıqdan yəni çiy balıqdan hazırlanmalıdır. Lakin Suşinin tərkibdə meyvə tərəvəzdən də istifadə olunur Suşinin vətəni kimi Cənubi Asiyanı qeyd etmək olar. Təmizlənmiş və doğranmış balıq əti lay-lay düzülür, duz səpilir və daşın altına qoyulurdu. Bir neçə həftədən sonra daş əvəzinə yüngül qapaq örtülürdü. Bir neçə ay ərzində balıq acıyırdı və yalnız bundan sonra yeyilirdi. Tokioda olan bəzi restoranlar hələ də narezushi adlanan orijinal suşiləri təklif edir. Onlar şirin suda yaşayan karp balığından hazırlanır ki, bu suşilər kəskin qoxuya malikdir. Suşilərin tərkibində olan dəniz məhsulları da orqanizm üçün çox xeyirlidir. Çiy balıq, az bişirilmiş düyü və müxtəlif tərəvəzlər suşiyə maraqlı və dadlı bir yemək olaraq status qazandırır. Suşilər orqanizmin tonusunu artırır, qan dövranını yaxşılaşdırır, əhval-ruhiyyəni qaldırır və depresiyadan azad edir. Yapon yeməkləri düşünmə prosesinə də yaxşı təsir göstərir, məntiq və dərrakəni yaxşılaşdırır. Əgər nahar fasiləsi zamanı və ya ümumiyyətlə spirtli içki istifadə edilmirsə, suşilərin yanında şirələri, kokteylləri və ya yaşıl çay sifariş edilə bilər. Eşqin Zahid
Похожие видео
Показать еще