"Şəbnəm Tovuzlu ilə duet oxumarıq" - Əkizlər, "Ağlı olan mənimlə dostluq etməz" - Murad Arif HD

15.01.2019
Müğənnilər Sevil və Sevinc Səfərovalar "Söhbət var" verilişində qonaq olublar. Axşam.az-ın məlumatına görə, proqramın aparıcısı, əməkdar artist Dilarə Əliyeva əkizlərə "Şəbnəm Tovuzlu ilə duet oxuyarsınız" sualını ünvanlayıb. Bacılar "Yox, bizim janrımız fərqlidir" cavabını verib. Dilarə isə "Belə baxanda, Namiq Qaraçuxurlu ilə də janrınız fərqlidir. Sintez edirsiniz, maraqlı alınır" deyib. "Qızla qızın dueti maraqlı alınmır. Elə bir duet olmalıdır ki, deyəsən hə" deyə, bildirib. "Mədəni formada dedilər ki, oxumarıq" deyən D.Əliyevaya bacılar gülərək reaksiya veriblər. +++ "Kənddə yaşamışam, qoyun, ördək də otarmışam. Ömürboyu dostum olmayıb. Ağlı olan mənimlə dostluq etməz. Dostcanlı deyiləm". Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni-bəstəkar Murad Arif "X maqazin"ə açıqlamasında deyib. O, mahnılarının plagiat olması söz-söhbətlərinə aydınlıq gətirib: "Bu söz yanımdan yel olub ötüb keçir. Əsas odur ki, mahnılarım tutuzdurur. "Oppalara" mahnımdan əvvəl toylara endirim edirdim, sonra etmədim. Amma toy qiymətimi qaldırmadım". +++ Əməkdar artist Mətanət İsgəndərli istirahətə yollanıb. Axşam.az-ın məlumatına görə, son günlər tez-tez Türkiyəyə qızı Ülkərin yanına gedən müğənni yenə də qardaş ölkəyə yollanıb. İsgəndərli bu dəfə Uludağda dincəlib. İfaçı orada lentə alınan videosunu sosial şəbəkədə paylaşıb. +++ Fevralın 16-da Bakıda II “Zima” uşaq estrada mahnıları festivalı baş tutacaq. BAKU.WS xəbər verir ki, Heydər Əliyev Sarayında keçiriləcək tədbirdə iştirak edəcək uşaqların adları açıqlanıb. İştirakçılar arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və xalq artisti Emin Ağalarovun oğlu Əli də var. 10 yaşlı Əli Ağalarov "Oxbridge Academy"də təhsil alır. Boş vaxtlarında dostları ilə "Fortnite" online oyun oynayır və musiqi dinləyir. Sevimli ifaçısı Elceydir. Elə həmin ifaçı Əlidə musiqiyə həvəs oyatdı! Əliyə Heydər Əliyev sarayının səhnəsində uğurlu çıxış arzulayırıq! +++ Əməkdar artist Elnarə Abdullayeva bir müddət əvvəl sosial şəbəkədə yayılan videosundan söz açıb. Axşam.az-ın məlumatına görə, "Şou ATV" verilişinə qonaq olan müğənni bildirib ki, görüntülər onun xəbəri olmadan lentə alınıb: "Həmin görüntülərimi xəbərim olmadan sosial şəbəkədə yayıblar. Toyda bir xanım mənə yaxınlaşıb dedi ki, sizin yaxşı oynamağınız var. Dedim, ay bacı, qadanı alım, mən onu ancaq evimizdə oynaya bilərəm. Kişi mənim başımı kəsər. Evdən başqa heç yerdə oynamıram. O da bir təsadüf idi". +++ Müğənni Günel Zeynalova Türkiyədə qatıldığı toy məclislərindən birində maraqlı hadisə ilə qarşılaşıb. Axşam.az-ın məlumatına görə, gecədə "Bir adam var" mahnısını oxuyan sənətçiyə qonaqlar xüsusi diqqət göstəriblər. Hətta məclisdə yer alan qadınlar Günelin ayağına pul səpiblər. Sənətçi həmin an lentə alınan videosunu 622 minlik İnstaqram səhifəsində yayımlayıb. Qarşılaşdığı hadisə Günelə xoş gəlsə də, izləyicilərinin qəzəbinə səbəb olub. Onlar pulu yerə səpən şəxsləri tənqid ediblər. +++ əməkdar artist Nahidə Orucova üzgərmə əməliyyatı etdiri

Похожие видео