Azərbaycanda dollar satışına limit qoyuldu. Manatı nə gözləyir? - Gündəlik Xəbərlər (13.08.2018)
Bakıda dollar satışına limit qoyuldu. Manatı nə gözləyir? Türk lirəsi və rus rublunun dəyərdən düşməsi Azərbaycan manatına nə təsir edə bilər? Artıq dollar Azərbaycanda az da olsa, bahalaşmağa başlayıb. Bugünkü CANLI xəbərlərdə mövzumuz qonşu ölkələrin valyutalarının dəyər itirməsinin Azərbaycan manatına təsiridir - REAL partiyasının sədri İlqar Məmmədov azadlığa buraxılıb. Uzun müddət idi ki, beyməlxalq təşkilatlar onun azadlığa buraxılmasını tələb edirdi. Şəkidə keçirilən son məhkəmə prosesindən də yaxınları çox şey gözləmirdilər - Gəncə hadisələri ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən daha bir nəfər öldürülüb. Onun Eurovision vaxtı partlayış törətmək niyyətinin olması və Gəncədə qətllər törətmək istəməsi iddia olunur. Hüquq müdafiəçiləri isə Gəncə hadisələri ilə bağlı heç kimin sağ ələ keçirilməməsidir - Gündəlik Xəbərlərə baxırsınız: 0:49 - İlqar Məmmədov 5 il yarım sonra azadlıqda 3:10 - Azərbaycan manatının vəziyyəti necədir? 6:32 - Robert Köçəryan azadlığa buraxıldı 7:52 - Gəncə hadisələri ilə bağlı daha bir nəfər öldürüldü 10:26 - Türk lirəsi özünün ən ağır günlərini yaşayır 12:14 - Bakı sakinləri manatın taleyi ilə bağlı nə düşünürlər? Orijinalı burada - https://2468642.info/b/https://www.azadliq.org/a/dollar-limit-ilqar-memmedov-gence-xeberler/29430798.html