Şuşada elbeyaxa doyus: Esgerlerimiz gorun neynedi - Anbaan Kadrlar HD

26.11.2020
Əsgərlərimiz görün neynədi: Şuşada əlbəyaxa döyüş - Anbaan Kadrlar Şuşaya bu cür hücum etdik: tapança və... Şuşanın azad olunması əməliyyatının detalları barədə ilk dəfə xarici mətbuat orqanlarında məlumatlar getməyə başladı. Şəhərdən qovulan erməni hərbçilərin dediklərini dərc edən həmin mətbu orqanlardakı materiallarda Azərbaycan hərbçilərinin Şuşaya yolla deyil, sıldırım qayalarla, yüngül silahlarla çıxdıqları, şəhid və yaralı hərbçi dostlarını da özləri ilə daşıdıqları qeyd olunurdu. Daha sonra Rusiya mətbuatı Şuşanın faktiki olaraq əlbəyaxa döyüş nəticəsində azad olunduğunu yazdı. İki gün əvvəl işğaldan azad olunmuş Ağdam şəhərinə gedən Prezident İlham Əliyev də Şuşa əməliyyatından danışıb: “Biz ordumuzun döyüş potensialını gücləndirirdik. Çünki tam aydın idi ki, təkcə silahlarla qələbə qazanmaq mümkün deyil. Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular. Şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların valideynlərinə Allah səbir versin! Yaralı hərbçilərimiz var, onlar da sağalırlar. Onların bir çoxu artıq sağalıb. Allah onlara şəfa versin! Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq. Təkcə Şuşanın işğaldan azad edilməsi əməliyyatı, əminəm ki, tarixdə əbədi qalacaq. Demək olar ki, yüngül silahlarla dərədən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Qarabağın tacı olan Şuşanı azad etdik”. Alik Məmmədov yazır ki, Azərbaycan əsgərini nə gözlədiyini hər biri bilirdi: “500 erməni dığasının biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqelərində ağır artilleriya və canlı qüvvə sayı buradakından azı üç dəfə çox idi, çünki onlar bizim oradan, yollardan hücum edəcəyimizi güman edirdilər. Heç bir insanın ağlına gəlməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər. Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdı. Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan erməni ermənini vururdu, çünki onların formasında belə biz ola bilərdik. Şuşa döyüşü bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını onlara göstərdi. Onlar Şuşanı bir il dayanmadan müdafiə edə biləcək sayda silah-sursat və canlı qüvvə ilə təmin eləmişdi. Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda alındı". “Bu amillərin başında Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev durur. Bu müharibədə cənab Prezident özünü məharətli sərkərdə kimi göstərdi. Bu qələbənin, bu zəfərin iştirakçıları, müşahidəçiləri olaraq biz bunu görürük. Ölkəmizin zəfərində bütün Azərbaycan xalqının mühüm rolu var - xalq Ali Baş Komandanın ətrafında sıx şəkildə birləşərək yumruğu bir yerə vurdu. Sözsüz ki, müharibə dövrünün şah əməliyyatı Şuşada keçirilən əməliyyatdır. Məhz bu əməliyyat düşmənin ürəyinə saplanan bıçaq oldu, onun diz çökməsinə gətirdi. Düşünürəm ki, Şuşa əməliyyatının dəqiq qiyməti həl

Похожие видео