Irandan Ermenistana 7 muemmali reys: Ne dasinir? SENSASİYA

24.09.2020
İrandan İrəvana 7 müəmmalı reys: nə daşınır? –Sensasiya Ermənistan xüsusi xidmət orqanları, erməni diaspor nümayəndələri, habelə müxtəlif ölkələrin vətəndaşları olaraq Ermənistanın xüsusi xidmət orqanlarına, işğalçı ölkənin maraqlarına, mənafelərinə xidmət edən şəxsləri nəzərdə tuturam. Onlar artıq Azərbaycana qarşı olan ideoloji və informativ müharibəni keyfiyyətcə yeni mərhələyə keçiriblər. Bu, hibrid savaşdır. Hazırda Azərbaycana qarşı çox ciddi hibrid savaş gedir. Bu hibrid savaşın təzahürlərini biz sosial şəbəkələrdə, müxtəlif akkauntlarda, messencerlərdə, ən başlıcası isə kütləvi informasiya vasitələrində görə bilərik. Mən konkret adlar çəkməklə kimlərisə suçlamaq niyyətində deyiləm. Mən məsələnin nə dərəcədə ciddi olduğunu sizin nəzərinizə çatdırmaq istəyirəm. Məsələn, bu yaxınlarda Azərbaycanda guya Rusiyaya işləyən şəxslərin siyahısı açıqlandı. 76 nəfərin ad-soyadından ibarət siyahı idi. Bu adamların heç biri hər hansı dövlətin nə agentidir, nə də casus şəbəkəsinə daxil olan şəxslərdir. Həmin siyahıda gənclər, tələbələr var idi. Çox absurd və marazmatik siyahıdır. Tələbənin hansı təsir imkanı ola bilər axı?! Mənə maraqlı olan o siyahını kimlərin hazırlamasıdır. Rusiyalı milyarder Mixail Xodorkovskinin şirkətinin strukturu. Həmin siyahını hazırlayan şəxsin adını açıqlayıram. Bu, Modest Kolerovdur. Bu həmin şəxsdir ki, əvvəllər Rusiya Prezidentinin regionlar və xarici ölkələrlə mədəni əlaqələr ofisinin rəhbəri idi. Sonra bu adam həmin işdən qovuldu. Sonra Agentliyin rəhbəri oldu. Birmənalı olaraq Ermənistanı dəstəkləməyə başladı. Digərləri də buraya daxildir. Azərbaycana qarşı təxribatların hazırlanmasında əsasən 3 nəfərin əməyi var: Aram Qabrielyanov, Modest Kolerov və Marqarita Simonyan. Aram Qabrelyanov saytın redaktorudur. Marqarita Simonyan isə Rusiyanın kanalın baş redaktorudur. Bu adamlar birmənalı olaraq Azərbaycana qarşı düşmənçilik mövqeyi tutub. Onların Azərbaycana qarşı yeni planları var. Mediada isə onların nüfuz dairələri həddən ziyadədir. Bu nüfuzun əhatə dairəsinə Rusiyada yaşayan erməni əsilli və digər millətlərin nümayəndələri olan jurnalistlər daxildir. Eyni zamanda, Yaxın Şərqdə və ən müxtəlif ölkələrdə bunların dedikləri ilə oturub-duran media nümayəndələri var. Bunların əsas məqsədlərindən biri Azərbaycanı zəif salmaq, ölkəmizin daxilində kütləvi çaxnaşmalar yaratmaq, Azərbaycan xalqında xof və pərişanlıq hissləri aşılamaqdır. Ən başlıcası, Ermənistanı zərərçəkən və qalib gələn tərəf kimi göstərməkdir. Ermənistanın maraqlarını Rusiyada tam və geniş miqyasda qoruyan, təmsil edən bu insanlar əməllərindən bixəbər olduğumuzu düşünürlərsə, yanılırlar. Onların kimdən, necə və hansı vasitələr üçün istifadə etmələri də bəllidir. Dövlətə və millətə qarşı yönələn hər niyyətə dəfələrlə ağır, sərt cavab veriləcək. Bir daha deyirəm ki, media ermənilərin və Ermənistana işləyənlərin özlərini rahat hiss edəcəkləri yer olmayacaq. İrəvanın tulaları da bunu bilsinlər. Rusiyadan, Serbiyadan və başqa ölkələrdən Ermənistana çox müəmmalı

Похожие видео