Turkiye ile Ermenistan qarsi qarsiya - Azerbaycana verdiyi desteye gore HD
Türkiyə ilə Ermənistan qarşı-qarşıya: Kreml Türkiyəni ermənilərin əli ilə “vurur”- Azərbaycana verilən dəstəyə görə... Elxan Şahinoğlu: “Suriyaya 450 hərbçisini göndərməsi İrəvana ağır başa gəlməlidir” İyulun 12-16-sı aralığındakı Tovuz döyüşləri vaxtı və ondan sonra bu günə qədər keçən müddətdə Türkiyənin Azərbaycana verdiyi tam dəstəyə artıq Rusiya dözə bilmir. Şimal qonşumuz üstüörtülü şəkildə hərəkətə keçib. Belə ki, Ermənistan Suriyada Türkiyə ordusuna və onun dəstəklədiyi Azad Suriya Ordusuna qarşı döyüşmək üçün azı 450 hərbçi göndərib. Bu sensasion məlumatı İsrail xəbər portalı yayıb. Söhbətin Ermənistanın nizami ordu mənsublarından, yoxsa qeyri-nizami hərbi dəstələrindən getdiyi məlum deyil. Xəbərdə bildirilir ki, Ermənistandan hərbçilərin Suriyaya daşınmasını Rusiya həyata keçirib. Erməni muzdluları qərargahı Livanda yerləşən, Suriyada və Livanda fəaliyyət göstərən hakimiyyətyönümlü (söhbət Əsəd rejimindən gedir) partiya tərəfindən ələ alınıb. Batalyonu Rusiyanın Suriyadakı Hmeymim aviabazası ilə razılaşdırılmış şəkildə Suriya hərbi kəşfiyyatından briqada generalı Muhsan Nafnuf müşayiət edir. Bu azmış kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 8 ildən sonra Suriyaya səfər edib. O, Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Bağlı qapılar arxasında keçirilən görüşün detalları məlum deyil. Göründüyü kimi, Suriyada əsas söz sahibinə çevrilən qardaş Türkiyəyə qarşı ciddi planlar qurulur və bu planların içərisində tarix boyu Rusiyanın köləsi rolunu oynayan ermənilər də yer alır. Burada əsas suallardan biri isə şübhəsiz ki, Ermənistanın bu sayda hərbiçisini Suriyaya göndərməsi barədə yer alan məlumatdır. Çünki düşmən ölkənin ordusunda ciddi şəkildə hərbçi çatışmazlığı var. Belə bir şəraitdə Azərbaycanla hər an münaribə vəziyyətində olan Ermənistan bu sayda hərbiçisini Suriyaya nə üçün göndərib? Elxan Şahinoğlu: “Bu plan bölgədəki gərginliyi artıra bilər” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu məsələnin ciddi şəkildə araşdırılmasını vacib sayır: “Ermənistanın Suriyada Türkiyə ordusuna və onun dəstəklədiyi ”Azad Suriya Ordusu"na qarşı döyüşmək üçün azı 450 hərbçi göndərdiyi xəbərini İsrailin xəbər saytlarından biri yayıb. Ermənistanın hazırkı ağır vəziyyətində Suriyaya hərbçilər göndərməsi ciddi araşdırılmalıdır. Bu ölkənin ordusunda say çatışmazlığı varkən, özü muzdlu toplamağa çalışarkən və üstəgəl Azərbaycanla hər an müharibə riski varkən Suriyaya 450 hərbçisini göndərməsi İrəvana ağır başa gəlməlidir. Buna baxmayaraq, Ermənistan tamamən Rusiyadan asılıdır. Ermənistan hakimiyyəti hər zaman Moskvaya yalvarır ki, Rusiya onu Azərbaycandan qorusun, eynilə Kremlin də İrəvandan qarşılıqlı tələbi ola bilər. Məsələn, Ermənistan hakimiyyəti bir neçə il əvvəl Rusiyanın istəyi ilə Suriyaya bir qrup hərbçisini göndərdi. Ancaq onların sayı az və döyüşlərdə iştirak etmirdilər, sadəcə, mina axtarışlarıyla məşğul idilər. Bu, Rusiyaya ona görə lazım idi ki, beynəlxalq aləmə mesaj versin ki, Moskvanın Suriyada tərəfdaşları da var