Sulh sazişinden niye narazi qaldiq? Agrili sebebleri

10.11.2020
Sülh sazişindən niyə narazı qaldıq? – Ağrılı səbəbləri Savaşın ilk günündə, bir neçə kənd alınanda bu fikirləri səsləndirmişdik: hətta bütün dünya yığılıb, bizi dayandırsa da, Azərbaycan xalqı hədəfinə çatdı, bütün bəşəriyyətə elan etdi ki, daha 30 il, 300 il, 3 min il keçsə də, Qarabağdan vaz keçməyəcək; bütün dünya gördü ki, biz Qarabağ uğrunda, Vətən uğrunda qanımızı tökməyə, şəhid olmağa, canımızı verməyə və əlbəttə ki, öldürməyə hazırıq! Belə xalqa hər zaman hörmət göstərilir. Ancaq ilk şübhələr, narahatlıqlar arxada qaldı – Azərbaycanın Ordusunu, Ali Baş Komandanını dayandırmaq üçün edilən bütün cəhdlər puça çıxdı: İlham Əliyev sona qədər siyasi iradə və böyük cəsarət nümayiş etdirdi. Prezident bu gecə xalqa müraciətində də bəzi məsələləri nə vaxtsa özünün açıqlayacağına, bəzilərini isə tarixçilərin yazacağına işarə vurmaqla, əslində heç nəyin görünən kimi olmadığını dedi. Əlbəttə, heç nə görünən kimi deyil: biz hansı qatda hansı proseslərin getdiyini, nə oyunlardan ölkəmizi onun sükanı arxasında əyləşənin necə çıxardığını heç vaxt detallı şəkildə bilmirik – bəzilərinin üstünə məxfi qrifi vurulur, bəzilərini ümumiyyətlə heç vaxt demək olmaz... Amma bildiklərimiz də var: Bu 44 gündə bütün dünyaya Azərbaycan öz gücünü göstərdi. 1921-ci ildə Rusiyanın birbaşa iştirakı ilə bizdən de-fakto qoparılmasının əsası qoyulan, 1923-cü ildə muxtar qurum olaraq yaradılan və hansı şəkildə, necə idarə olunduğunu yaxşı bildiyimiz Dağlıq Qarabağı faktiki olaraq geri aldıq. Hələ 1 noyabrda Ermənistan Müdafiə Nazirliyi bəyan etmişdi ki, Şuşaya kim hakimdirsə, Qarabağı da o idarə edir və bütün qüvvələri, könüllüləri Şuşaya cəmləmişdi. Azərbaycan Ordusu Şuşanı da geri aldı! Azərbaycan Ordusu bu xalqın qürurunu bərpa etdi, mənliyini, şərəfini özünə qaytardı, Xocalı qatilləri üçün Qarabağda divan qurdu və böyük əksəriyyətini cəhənnəmə vasil etdi. Şuşanın alınmasından sonra artıq Ermənistan da yaxşı bilirdi ki, Qarabağa kim hakimdir – bundan sonra ərazilərimizin hərblə və ya sülhlə alınmasının heç bir önəmi yox idi. Ancaq... Ancaq əgər onları öz gücümüzlə masa arxasına oturtmuşuqsa, niyə qan tökülməlidir ki? Sazişin üstünlükləri... Bu gecə Rusiya və Azərbaycan prezidentlərinin, o cümlədən Ermənistan baş nazirinin imzaladığı Bəyanatdan narazı qalanlar da var. O narazılar artıq 1991-ci ildən qızışan və torpaqlarımızın işğalı ilə nəticələnən “Dağlıq Qarabağ problemi”nin həllinə qane olmayanlardır. Əgər Qarabağda yaşayan ermənilərə heç bir status – nə mədəni, nə siyasi, nə ictimail olaraq – verilmirsə (ki, bunu Prezident İlham Əliyev rəsmən bəyan etdi), onda Dağlıq Qarabağ probleminin birdəfəlik çözüldüyünə tam əmin ola bilərik; Əgər Türkiyə qüvvələri də bu nizamlama prosesinə qatılırsa, narahatlığa heç bir əsas yoxdur; Əgər Rusiya sülhməramlıları cəmi 1960 canlı qüvvə və heç bir ağır zirehli texnika olmadan gəlirsə, üstəlik, 5 ilin tamam olmasına 6 ay qalmış tərəflərdən biri onların getməsini arzulayacağı təqdirdə, Rusiya sülhməramlıları çıxıb getmək ö

Похожие видео